Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb


Keçən il 212 min şəxsə  elektron qaydada

fərdi hesab açılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə ötən il 212 min şəxsə  avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) və bununla da elektron qaydada fərdi hesab açılıb.

2020-ci ilin yanvar ayında fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyata alınmasına xidmət edir. İlk dəfə əmək müqaviləsi ilə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş  e-sistemdə qeydiyyatdan keçdiyi andan işçiyə avtomatik şəraitdə SSN də açılır. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin  fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.

Beləliklə, işçi sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

 

Əlil Təşkilatları İttifaqı

 






Tarix:11/2/2021     udpo.az saytı Geri