Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə «Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin Sabun çu rayonu Maştağa qəsəbəsində icra etdiyi «Fərqli fərdlərin sosial adaptasiyası» layihəsi  çərçivəsində  bir qrup gənclərlə (8 nəfər)
18.02.2021-ci il tarixində Layihənin İcra Planına və Tədbirlər Proqramına əsasən  növbəti tədbir təşkil olunmuşdur.Tədbirdə Sabunçu rayonu 255 № li məktəbin  Tərbiyə işləri üzrə direktor müavini Zülfüqarova İradə, Psixoloq Əliyeva Samirə, Təşkilatçı İsgəndərova Xəyalə və 8 gənc Maştağa sakini iştirak etmişlər.Fərdlərin sosial adaptasiyası istiqamətində müzakirələr aparılmışdır.Psixoloq Əliyeva S. sosial adaptasiya problemləri barədə çıxışında gənclər arasında intihar(suisid ) halları barədə danışmışdır.Müzakirələrdə iştirakçılar fəal iştirak etmiş,onları maraqlandıran suallar barədə fikirlərini bildirmişlər.Oriqami təşkilatı  iştirakçıların çıxışları əsasında  qeydlər aparmış və çap materialı üçün  hazırlayacaqdır.  






Tarix:18/2/2021     udpo.az saytı Geri