Xeyriyyə aksiyası


Bu gün Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Gələcəyi Naminə İctimai Birliyin, Loqoritmika mərkəzində koxelar implant əməliyyatı olan uşaqlara dəstək göstərmək məqsədilə bir araya gəliblər.

QHT rəhbəri Cəmilə Çingizqızı xəbər verir ki, bizim təşkilatın 250 uşaqdan ibarət koxelar implant əməliyyatı olan zəif eşidən uşaq qrupumuz var. Qrupun koordinatoru Mehriban xanım Hüseynovadır. Koxelar implant cihazı və əməliyyatı H.Əliyev fondu tərəfindən növbəli şəkildə pulsuz həyata keçirilir. Lakin bu cihazın hissələri (şunurlar, akumulyator, qurutma tablet, batareya  və s.) çox baha olduğundan ailələr üçün əldə etmək çətindir. Cihazın kiçik bir hissəsində olan pozğunluq, uşağın səsli dünyasını əlindən almaqdır. Səsdən məhrum olan uşaqların isə nitqi inkişafı dayanır. Bu səbəbdən cihaz hər zaman işlək vəziyyətdə olmalıdır ki, uşaqların əməliyyatı fayda versin.  Uşaqlarımız cihaz taxdıqdan sonra loqoped, psixoloq seanslarına da mütləq şəkildə  getməlidir. Bir sözlə, implant əməliyyatlı  uşaqların ailələrinin məsrəfləri çoxdur. Qrupumuzda aztəminatlı ailələrin sayı da çoxdur. Təşkilatımızın bir şüarı var "Səssizliyin səsi olaq!". Bu şüar bu dəfə körpələrə səs üçün səsləndi. Bu dəfə "Səssizliyin səsi" AzərMed şirkəti oldu.  Ramazan ayında xeyriyyə aksiyasından 30 - a yaxın uşaq batareya və tabletlərlə təmin olundu.  Eşitmə məhdudiyyəti olan gəncin anası kimi bu gözəl ayda bütün xeyirsevər insanlara, analar adından və təşkilatımız adından təşəkkür  edirəm.

Əlil Təşkilatları İttifaqı

 
 




Tarix:22/4/2021     udpo.az saytı Geri