Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.


Bu gün müasir Azərbaycanın banisi, qurucusu Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir. Ümumilli liderin gərgin əməyi sahəsində ölkəmizin bir dövlət olaraq məhv olmasının, ərazilərimizin parçalanmasının qarşısı alınmış, müstəqilliyimiz təmin olunmuşdur. Olduqca cətin bir dövrdə xalqımızın xahişi əsasında 1993-cü ildə hakimiyyətə qayıtmış Ümumilli lider Heydər Əliyev xalqın xilaskarına çevrilərək, apardığı geniş miqyaslı işlər və gərgin əməyi nəticəsində dövlətimizin süqutunun qarşısı alınmışdır.
 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaət bizə tarixi Zəfəri bəxş etdi və uzun illərdir düşmən işğalında olan torpaqlarımız bir dəfəlik işğaldan azad edilərək, ərazi bütövlüyümüz bərpa oldu.
Ümumilli lider Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq.
 
Əlil Təşkilatları İttifaqı
 




Tarix:10/5/2021     udpo.az saytı Geri