Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tədbirlər keçirilib.


Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tədbirlər keçirilib.

QHT.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib. 

Onlardan 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində keçirilən tədbirdə Agentliyin sədri Vüqar Behbudov uşaqları təbrik edib. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti uşaqlara dövlət qayğısının ildən-ilə artmasına, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial təminatının güclənməsinə imkan verib. Bu kateqoriyadan olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı istiqamətində də məqsədyönlü işlər aparılır. 


Sosial Xidmətlər Agentliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 342 uşaq stasionar şəraitdə tam dövlət himayəsində yaşayır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki müəssisədə uşaqların normal yaşayışı, tibbi və sosial yönümlü reabilitasiya tədbirlərinə cəlb olunmaları üçün ən müasir tələblərə uyğun şərait yaradılıb.


Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il həmin müəssisələrdən 29 uşaq doğma ailəsinə qaytarılıb, 39 uşaq isə övladlığa verilib. 

Sonra müəssisənin sakinləri şeirlər, ifalar səsləndirib, rəqs ediblər. Xalq nağıllarından səhnələr təqdim olunub. Uşaqlar arasında yüngül atletika üzrə yarış keçirilib və qaliblərə həvəsləndirici medallar təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

Əlil Təşkilatları İttifaqı

 
 




Tarix:1/6/2021     udpo.az saytı Geri