Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı Bəyanat


Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı

Bəyanat

 

      4 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının işğaldan azad olunmuş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif  Əliyev həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

    Baş verən hadisə bir daha Ermənistanın terorrçu əməllərinin növbəti sübutudur. 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə ermənilər vandallıq edərək təbii sərvətləri talan etmiş, mədəni abidələri dağıtmış, dini ibadətgahları təhqir etmişlər.

   Təəssüf ki, müharibənin bitməsinə baxmayaraq, erməni terroru hələ də davam edir və bu gün də vətəndaşlarımız həyatlarını itirirlər. Müharibə başa çadıqdan sonra minaların partlaması nəticəsində 89 nəfər yaralanmış, 100 nəfərdən artıq həyatını itirmişdir.  Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq hümanitar hüququn və 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə etnasızıq edərək onları kobud şəkildə pozmaqda davam edir.

     Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin hər yerində mina təhlükəsi mövcuddur. Ermənistanın işğaldan azad olunmuş ərazilərdə minaların basdırılması xəritələrinin Azərbaycana verilməməsi, üstəlik diversiya qrupları vasitəsi ilə cəhdlər etməsi antihümanizm, terorçuluq   hərəkətləri olmaqla bərabər insanlığa və bütün bəşəri dəyərlərə xəyanətdir.    

      Azərbaycan Əlil Təşkilatları olaraq günahsız insanların həyatına son qoyan, bölcədə quruculuq işlərinin həyata keçirilməsinə təhlükə yaradan, 30 ilə yaxın məcburi koçkün həyatı yaşamış əhalini öz döğma yurdlarına qayıtmağa, regionda təhlükəsizliyə, sülhə və inkişafa  hər vəchlə mane olan Ermənistanın cinayət əməllərini qəti surətdə pisləyirik.

    Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, hüquq müdafiə təşkilatlarına müraciət edərək Ermənistanın terrorçu və vandalizm hərəkətlərinə son qoymağa, minalanmış ərazilərin xəritəsini Azərbaycana verilməsini tələb etməyə çağırırıq.

 

  
 




Tarix:4/6/2021     udpo.az saytı Geri