Vətən müharibəsinin artıq 700-dək qazisinə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub


Vətən müharibəsinin artıq 700-dək qazisinə ölkəmizin ərazi bütövlüyü

ilə əlaqədar əlillik dərəcələri təyin olunub

Tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi işləri davam edir. Bu günədək artıq 700-dək qaziyə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub.

Komissiya tərəfindən onlar səyyar formada əyani müayinədən keçirilib. Qazilərin sənədləri sürətlə rəsmiləşdirilərək e-sistemə daxil edilməklə və hərbi həkim komissiyalarından şəhadətnamələr təqdim edildikdən sonra yekun mərhələ kimi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onların əlilliklərini qiymətləndirir.

Əlillik təyinatı aparıldıqdan sonra bununla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, elektron sistem üzərindən təyin olunur.

 

Əlil Təşkilatları İttifaqı

 
 




Tarix:22/6/2021     udpo.az saytı Geri