"Ən yaxşı məqalə” müsabiqəsi


    “Universal Dizayn” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC, Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ilə əməkdaşlıqda Finlandiya Xarici İşlər Nazitliyinin maliyyə dəstəyi ilə Azərbaycanda əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinn yaradılmasının təşviqinə dair “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində respublikada fəaliyyət göstərən qəzetlərdə və xəbər saytlarında çalışan jurnalistlər arasında müsabiqə elan edir:


“Ən yaxşı məqalə” müsabiqəsi

Müsabiqənin mövzusu:

Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində nailiyyətlər və problemlər

Aşağıda qeyd olunan sahələri təsvir edən yazılara üstünlük verilir:

  1. Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması üçün özəl qurumların səyləri;
  2. Əlilliyi olan şəxslərin məşğulluq (o cümlədən biznes) sahəsində uğurları;
  3. Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında internet resurslarının rolu;
  4. Əlilliyi olan şəxslərin işlə təmin olunma sahəsində qarşılaşdığı çətinliklər.

 

Qaydalar:

Təqdim olunacaq məqalələr:

 

Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.

Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 12 oktyabr 2021-ci il.  


Qiymətləndirmə haqqında:

  1. Təqdim edilən məqalələrin qiymətləndirilməsi və müsabiqə qaliblərinin seçimi müstəqil ekspertlər tərəfindən aparılacaq.
  2. Seçim meyarlarına aşağıdakılar daxildir:
  1. Məqalələrin hazırlanması zamanı konkret uğurlu tarixcələrin və yaxud problemli situasiyaların təsvir olunması tövsiyyə olunur.

Mükafatlandırma:

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

 

Ətraflı məlumat:

Yuxarıda qeyd olunan layihə və müsabiqə haqqında ətraflı məlumat vermək üçün informasiya sessiyası keçiriləcək. İnformasiya sessiyasında iştirak etmək istəyən jurnalistlərdən avqustun 12-nə kimi info@udpo.az email ünvanına aşağıdakı məlumatları göndərməyi xahiş olunur:


İnformasiya sessiyasının yeri və vaxtı haqqında məlumat sessiyada iştirak etmək istəyən jurnalistlərin email ünvanlarına göndəriləcək.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 

Telefon: (+994 12) 434 48 36,   (+994 12) 434 93 29   mobil: (+994 51) 702 50 05
E-mail:   union-dpo@baku.az  info@udpo.az  universaldesignaz@gmail.com

 
  




Tarix:3/8/2021     udpo.az saytı Geri