Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir.


Masallı rayonuna səfərim zamanı fərqli mühitlə rastlaşdım. Şəhərdə geniş təmir-bərpa, abadlıq işləri aparılır, avtomobil və piyada yolları yenidən bərpa olunur. Fərəhləndirici haldır ki, bu işlərin görülməsi zamanı əlilliyi olan şəxslərin, çətin hərəkət qabliyətinə malik insanlar diqqətə alınır, yol keçidləri, səkilər yüksək keyfiyyətlə müyəssərləşdirilir, ramplar inşa olunur. Apardığımız monitorinqlər zamanı müşahidələrimizə əsasən deyə bilərik ki, Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir. Masallı rayon İcra Başçısı hörmətli Şahin Məmmədovla görüşümdə görülən işlərə görə təşəkkürümü bildirməklə yanaşı, əlilliyi olan şəxslərin sərbəst hərəkətinin təmini, təhsil, məşğullluq sahəsində bərabər imkanların yaradılması sahələri üzrə səmimi söhbətimiz oldu və bu sahədə əməkdaşlıq istiqamətləri müzakirə olundu.   

 
 




Tarix:24/11/2021     udpo.az saytı Geri