Əlil Təşkilatları İttifaqının iclası keçirilmişdir


24.12.2021- ci il tarixdə Əlil Təşkilatları İttifaqının iclası keçirilmişdir. İclas çərçivəsində  Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli ittifaqın fəaliyyəti barədə qısa məlumat verdi.
Daha sonra 2021-ci ilin yekunu və 2022-ci ilin tədbirlər planı müzakirəyə çıxarıldı. İlk olaraq Əlilliyi Olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin sədri Təranə Musayeva, təklif etdi ki, Əlil Təşkilatları İttifaqının üzv təşkilatları təqdimat edərək öz fəaliyyətləri haqqında dövlət qurumları və ictimai sektora təqdimat etsinlər. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Təranə xanımım təklifinə dəstək olaraq təklif etdi ki, 2022-ci ildə Əlil Təşkilatları İttifaqının təşkilatçılığı ilə Forum keçirilsin və forum çərçivəsində Əlil Təşkilatları fəaliyyətləri barədə, mövcud problem və gələcəyə olan məqsədləri haqda məlumat versinlər. Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova ƏTİ-nin üzv təşkilatların beynəlxalq təşkilatlara üzv seçilməsi məsələsinə toxunaraq,  vacibliyini bildirdi. Ayaz Hüseynov Davud müəllimə bu sahədə BMT-yə üzv olmaq üçün təşkilatlara təlimat verməsini xahiş etdi. İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov üzv təşkilatlara ƏTİ-nin layihə yazılması və icrahatı haqda təlimlərin keçirilməsi məqsədə uyğun olduğunu bildirdi.
ƏTİ sədri Davud Rəhimli təklifləri qeydə alaraq gələn ilin əvvəlindən etibarən lazımi addımların atılacağı haqda bildirərək iclas yekunlaşdı.
 




Tarix:24/12/2021     udpo.az saytı Geri