Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib.


28 dekabr 2021-ci il tarixində FHN Bakı Regional Mərkəzinin inzibati binasında Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib. İlin yekunlarına həsr olunmuş iclasda İctimai şuranın sədri Fuad Hacızadə, sədr müavini Mehman İsmayılov və şuranın digər üzvləri iştirak ediblər.

İclasda, əvvəlcə sədr Fuad Hacızadənin şuranın il ərzində fəaliyyətinə dair hesabatı dinlənilib.

Daha sonra İctimai şura üzvləri 2022-ci ilin fəaliyyət istiqamətləri və təsdiq olunmuş tədbirlər planı barədə geniş fikir mübadiləsi aparıblar.

Əlil Təşkilatları İttifaqı

 




Tarix:28/12/2021     udpo.az saytı Geri