5 MAY - AVROPA ƏLİLLİYİ OLAN İNSANLAR GÜNÜ


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə əlilliyi olan insanların Azərbaycan Respublikasının Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və digər qanunvericilik aktlarında təsbit olunmuş əmək hüquqlarının təmini işinin daha da təkmilləşdirilməsi, cəmiyyətin diqqətinin bu qəbildən olan şəxslərin məşğulluq problemlərinin həllinə cəlb edilməsi məqsədilə, millət vəkillərinin, müvafiq icra hakimiyyəti orqanlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, KİV nümayəndələrinin iştirakı ilə 5 may 2011-ci il tarixdə saat 11.00-da Ombudsman Aparatında (Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi 40, Hökumət evi, II qapı)5 May – Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş, “Əlilliyi olan insanların əmək hüquqları: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir.

 Tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil xanım Elmira Süleymanova, Ombudsman aparatının əlillik məsələləri üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudov, Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsinin müdiri Cahangir Qocayev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, əlil təşkilatlarının rəhbərləri Səmyar Abdullayev, Aydın Xəlilov, Validə Abbasova, Yeganə Məmmədova, Zaur Seydzadə çıxış etmiş və müzakirələr aparmışlar. Çıxış və müzakirələr zamanı təkliflər verilmiş və bunların reallaşdırılması tədbirlər görüləcəyi, Dövlət proqramlarında nəzərə alınması lazım bilinmişdir.






Tarix:27/8/2011     udpo.az saytı Geri