BMT-NIN KONVENSIYASI ÜZRƏ İŞÇİ QRUPUN İCLASI


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əlilliyi olan İnsanların Hüquqları haqqında Konvensiyanın yerinə yetirilməsi ilə əlaqədar yaradılmış işçi qrupunun növbəti iclası keçirilmişdir. Tədbiri ƏƏSMN-nin şöbə müdiri Elnur Sultanov açmış və məlumat vermişdir. Tədbirdə UNİCEF-in əlillik məsələləri üzrə ekspertləri Roz Angela və Şantale Macabe təqdimat etmişlər. E.Sultanov Konvensiyanın yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin effektliyini artırmağı, bunu həmişə gündəmdə saxlamağı və bu haqda işçi qrupuna təkliflərin verilməsini iştirakçıların n əzərinə çatdırdı.




Tarix:22/9/2011     udpo.az saytı Geri