PRESS RELİZ 3


 

PRESS RELİZ

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əlil Təşkilatları İttifaqının (ƏTİ)

“Regionlarda əlil təşkilatlarının inkişafı” layihəsinin fəaliyyət planına uyğun olaraq:

müvafiq rayonlarda fəaliyyət göstərən əlil təşkilatları və əlil təşkilatlarının şöbələri bazasında Resurs Mərkəzləri açılmışdır.

Əsas məqsəd əks mərkəzləşmə regionlarda əlillik sahəsində çalışan  təşkilatların potensialını gücləndirmək, onları əlaqələndirməklə əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına yardım etməkdir.

Resurs Mərkəzlərinin açılılışı tədbirlərində 100 nəfərdən çox  hökumət, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələri iştirak etmişlər. Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Əlil Təşkilatları İttifaqı (ƏTİ) və layihə barədə məlumatlar verilmişdir. 

Layihə çərçivəsində Resurs Mərkəzləri ilkin vacib avadanlıq və əyani vasitələrlə təmin olunmuş, yerli və beynəlxalq qanunlar, əlillər, əlil təşkilatları haqqında məlumatlar, bu sahədə görülmüş və perespektivdə nəzərdə tutulan fəaliyyətlər barədə məlumatlar toplusu – “BU BİZİK” jurnalı dərc olunmuşdur.

Bu  həm də “Regionların Sosial - İqtisadi İnkişafı” Dövlət Proqramının, BMT-nin Əlilliyi olan İnsanların Hüquqları Haqqında Beynəlxalq Konvensiyanın müddəalarının həyata keçirilməsinə qismən töhvəsini verməklə, bərabər imkanlar cəmiyyətinin formalaşmasına, vətəndaş cəmiyyətinin inkişafına dəstək olacaqdır. 

Məlumat üçün bildiririk ki, Əlil Təşkilatları İttifaqı (ƏTİ) 18 oktyabr 2003-cü ildə ölkədə fəaliyyət göstərən qeyri-hökumət əlil təşkilatları tərəfindən təsis olunmuş və 16 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas məqsədi əlilliyi olan insanların təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onların maraq və mənafelərinin müdafiə etməkdən ibarətdir. Hazırda ƏTİ-də  24 əlil təşkilat təmsil olunur.






Tarix:12/1/2009     udpo.az saytı Geri