TİNATİN ƏFƏNDİYEVA.


1955 -ci ildə Qazaxın Daşsalahlı kəndində anadan olmuşdur. Miopatiya
xəstəliyinin nəticəsində 16 yaşında əlil arabasına oturmuşdur. I qrup əlildir.
Uşaqlıqdan ədəbiyyata böyük həvəs göstərmişdir. 18 yaşından maraqlı şeirləri
ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. Şeirləri əsasən 1979-cu
ildən “Mərhəmət”, “Qəlibiyyət və incəsənət” (Yazıçı 1991) və s. qəzet və jurnallarda
cap olunmuşdur.
Eləcə də “Aşıq Pəri Məclisi”, “Aşıqlar el şairləri” toplusunda şeirləri çap
olunub. 1996 – cı ildə “Sevincdən payım ola” adlı ilk kitabı çap olunub.
Tinatin rəngli saplarla toxuma sənəti sahəsində də gözəl əsələr yaradır.
1996-cı ildə Əlillərin Ümumrespublika Sərgi Müsabiqəsində I dərəcəli diploma, 1997-ci ildəki sərgidə
təşəkkürnaməyə layiq görülmüşdür. Əlillərin bədii yaradıcılığa baxış müsabiqəsində 1998 -ci ildə II
dərəcəli diplomunu almışdır. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən Beynəlxalq İxtiraçılar diplomuna və mükafatına layiq görülmüşdür. Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyətinin üzvüdür.

 




Tarix:     udpo.az saytı Geri