11 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
Əlillərin hüquqları haqqında BMT Konvensiyasının Fakültativ Protokolu


"Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya müvafiq bəyanatla qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2008-ci il

№ 687-IIIQ

 

 

Əlillərin hüquqları haqqında Konvensiyanın

FAKÜLTATİV PROTOKOLU

Bu Protokolun iştirakçısı olan dövlətlər aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

1. Bu Protokolun iştirakçısı olan dövlət ("iştirakçı dövlət") Əlillərin hüquqlarına dair Komitənin ("Komitə") Konvensiyanın müddəalarının həmin dövlət tərəfindən pozulmasının qurbanları sayıldıqlarını bildirən və onun yurisdiksiyası altında olan şəxslərdən və ya şəxslər qrupundan və ya onların adından məlumatları qəbul etmək və baxmaq səlahiyyətlərini tanıyır.

2. Əgər məlumat Konvensiyanın bu Protokolun iştirakçısı olmayan iştirakçı dövlətinə aiddirsə, o, Komitə tərəfindən qəbul olunmur.

Maddə 2

Komitə aşağıdakı hallarda məlumatı qəbuledilməz hesab edir:

a) məlumat anonimdirsə;

b) məlumat belə məlumatların verilməsi hüququndan sui-istifadə sayılırsa və ya Konvensiyanın müddəalarına uyğun deyildirsə;

c) eyni məsələyə Komitə tərəfindən artıq baxılmışdırsa, yaxud digər beynəlxalq araşdırma və ya tənzimləmə proseduru çərçivəsində baxılmışdırsa və ya baxılırsa;

d) mövcud olan bütün daxili müdafiə vasitələri tükənməmişdirsə. Tətbiq olunan müdafiə vasitəsi əsassız olaraq uzadılırsa və yaxud real səmərə verməsi müşküldürsə, bu qayda tətbiq olunmur;

e) o, açıq-aşkar əsaslandırılmamışdırsa və ya kifayət qədər dəlilə malik deyildirsə, yaxud

f) məlumatın predmeti hesab edilən faktlar bu Protokol müvafiq iştirakçı dövlət üçün qüvvəyə minənə qədər mövcud olmuş və qeyd olunan tarixdən sonra da davam etməmişdirsə.

Maddə 3

Bu Protokolun 2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, Komitə, məxfi qaydada, ona təqdim olunmuş istənilən məlumatı iştirakçı dövlətin nəzərinə çatdırır. Məlumatlandırılmış dövlət altı aylıq müddət ərzində Komitəyə, məsələni və ya həmin dövlət tərəfindən tətbiq olunması güman edilən müdafiə vasitəsini (əgər beləsi mövcuddursa) dəqiqləşdirməklə, yazılı izahat və ya bildiriş təqdim edir.

Maddə 4

1. Məlumatın alınmasından məsələyə dair mahiyyəti üzrə qərarın çıxarılmasınadək istənilən vaxt Komitə müvafiq iştirakçı dövlətə güman edilən pozuntunun qurbanına və ya qurbanlarına düzəldilə bilməyən mümkün zərərin vurulmasından yayınmaq üçün lazım ola biləcək müvəqqəti tədbirlərin həmin iştirakçı dövlət tərəfindən görülməsi barədə təxirəsalınmaz şəkildə baxılması üçün xahiş göndərə bilər.

2. Komitənin bu maddənin 1-ci bəndinə müvafiq olaraq, özünün diskresion hüquqlarını həyata keçirməsi, məlumatın mahiyyətinə dair onun tərəfindən məqbul hesab edilən qərarın qəbul edilməsini bildirmir.

Maddə 5

Bu Protokola müvafiq olaraq məlumata baxarkən Komitə qapalı iclas keçirir. Məlumat öyrənildikdən sonra Komitə öz təkliflərini və tövsiyələrini (əgər belələri mövcuddursa) müvafiq iştirakçı dövlətə və ərizəçiyə göndərir.

Maddə 6

1. Əgər Komitə Konvensiyada təsbit edilmiş hüquqların iştirakçı dövlət tərəfindən ciddi surətdə və sistemli şəkildə pozulmasını bildirən etibarlı məlumat əldə edərsə, o, həmin iştirakçı dövlətə bu məlumatın öyrənilməsində əməkdaşlıq etməyi və bu məqsədlə, müvafiq məlumatla bağlı qeydlərini təqdim etməyi təklif edəcəkdir.

2. Müvafiq iştirakçı dövlət tərəfindən təqdim oluna bilən istənilən qeydləri, həmçinin onda olan istənilən digər etibarlı məlumatı nəzərə almaqla, Komitə özünün bir və ya bir neçə üzvünə araşdırma aparmağı və Komitəyə təcili məruzə təqdim etməyi tapşıra bilər. Buna əsas olduğu hallarda və iştirakçı dövlətin razılığı olduqda araşdırmaya onun ərazisinə səfərlər də daxil edilə bilər.

3. Belə araşdırmanın nəticələri öyrənildikdən sonra, Komitə bu nəticələri istənilən şərhlər və tövsiyələrlə birlikdə müvafiq iştirakçı dövlətə göndərir.

4. Komitə tərəfindən göndərilmiş nəticələr, şərhlər və tövsiyələr alındığı andan altı ay ərzində iştirakçı dövlət ona öz qeydlərini təqdim edir.

5. Belə araşdırma məxfi qaydada aparılır və prosesin bütün mərhələlərində iştirakçı dövlətlə əməkdaşlığa səy göstərilir.

Maddə 7

1. Komitə müvafiq iştirakçı dövlətə Konvensiyanın 35-ci maddəsində nəzərdə tutulan öz məruzəsinə bu Protokolun 6-cı maddəsinə əsasən keçirilmiş araşdırmaya cavab kimi gördüyü istənilən tədbirlər barədə məlumatı daxil etməyi təklif edə bilər.

2. Lazım gələrsə, 6-cı maddənin 4-cü bəndində qeyd olunan altıaylıq müddət başa çatdıqda, Komitə müvafiq iştirakçı dövlətə belə araşdırmaya cavab kimi gördüyü tədbirlər barədə onu məlumatlandırmağı təklif edə bilər.

Maddə 8

Hər bir iştirakçı dövlət bu Protokolu imzaladığı, təsdiq etdiyi və ya ona qoşulduğu an Komitənin 6-cı və 7-ci maddələrdə nəzərdə tutulmuş səlahiyyətlərini tanımadığını bəyan edə bilər.

Maddə 9

Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun depozitarisi hesab edilir.

Maddə 10

Bu Protokol 30 mart 2007-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi idarələrində Konvensiyanı imzalamış dövlətlər və regional inteqrasiya təşkilatları tərəfindən imzalanmaq üçün açıqdır.

Maddə 11

Bu Protokol, onu, Konvensiyanı ratifikasiya edərək və ya ona qoşularaq imzalamış dövlətlər tərəfindən ratifikasiya olunmalıdır. Protokol, onu, Konvensiyanı təsdiq edərək və ya ona qoşularaq imzalamış regional inteqrasiya təşkilatları tərəfindən rəsmi təsdiq olunmalıdır. O, Konvensiyanı ratifikasiya etmiş, onu rəsmi təsdiq etmiş və ya ona qoşulmuş, lakin bu Protokolu imzalamamış dövlətlər və regional inteqrasiya təşkilatlarının qoşulması üçün açıqdır.

Maddə 12

1. "Regional inteqrasiya təşkilatı" - müəyyən regionun suveren dövlətləri tərəfindən yaradılmış, üzv dövlətlərin Konvensiya və Protokolla tənzimlənən məsələlərə dair səlahiyyətlərini verdikləri təşkilatı bildirir. Belə təşkilatlar özlərinin rəsmi təsdiqləmə və ya qoşulma sənədlərində Konvensiya və bu Protokolla tənzimlənən məsələlərə dair öz səlahiyyətlərinin həcmini göstərirlər. Onlar sonradan öz səlahiyyətlərinin həcmində baş verən istənilən əhəmiyyətli dəyişikliklər barədə depozitarini məlumatlandırırlar.

2. Bu Protokolda "iştirakçı dövlət"lərə istinadlar həmin təşkilatlara onların səlahiyyətləri hüdudlarında aid edilir.

3. Bu Protokolun 13-cü maddəsinin 1-ci bəndinin və 15-ci maddəsinin 2-ci bəndinin məqsədləri üçün regional inteqrasiya təşkilatı tərəfindən saxlanılmaq üçün təhvil verilmiş heç bir sənəd hesaba alınmır.

4. Onların səlahiyyətlərinə aid olan məsələlərdə regional inteqrasiya təşkilatları iştirakçı dövlətlərin iclaslarında bu Protokolun iştirakçıları hesab edilən öz üzv dövlətlərinin sayına bərabər olan sayda səs hüququnu həyata keçirə bilərlər. Belə təşkilat, əgər onun hər hansı üzv dövləti özünün səs hüququndan istifadə edərsə, bu hüquqdan istifadə edə bilməz və əksinə.

Maddə 13

1. Konvensiyanın qüvvəyə minməsi şərtilə, bu Protokol, onuncu təsdiqnamənin və ya qoşulma barədə sənədin saxlanılmağa təhvil verilməsindən sonra otuzuncu gün qüvvəyə minir.

2. Onuncu belə sənədin saxlanılmağa təhvil verilməsindən sonra bu Protokolu ratifikasiya etmiş, rəsmi təsdiq etmiş və ya ona qoşulmuş hər bir dövlət və ya regional inteqrasiya təşkilatı üçün Protokol onların özlərinin belə sənədini saxlanılmağa təhvil verməsindən sonra otuzuncu gün qüvvəyə minir.

Maddə 14

1. Bu Protokolun obyektinə və məqsədlərinə uyğun gəlməyən qeyd-şərtlərə yol verilmir.

2. Qeyd-şərtlər istənilən vaxt geri götürülə bilər.

Maddə 15

1. İstənilən iştirakçı dövlət bu Protokola düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Baş katib istənilən təklif olunmuş düzəlişlərə baxmaq və onlara dair qərarlar qəbul etmək üçün iştirakçı dövlətlərin iclasının keçirilməsinin lehinə olub-olmadıqları barədə onu məlumatlandırmaq xahişi ilə iştirakçı dövlətlərə bu düzəlişləri göndərir. Əgər həmin bildirişin tarixindən etibarən dörd ay ərzində iştirakçı dövlətlərin üçdə birindən az olmayan hissəsi belə iclasın keçirilməsinin lehinə çıxış edərsə, Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında iclas çağırır. İclasda olmuş və səsvermədə iştirak etmiş iştirakçı dövlətlərin üçdə ikisinin səs çoxluğu ilə bəyənilmiş istənilən düzəliş Baş katib tərəfindən təsdiq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, sonra isə qəbul üçün bütün iştirakçı dövlətlərə göndərilir.

2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyənilmiş və təsdiq olunmuş düzəliş qəbul olunma barədə saxlanılmağa verilmiş sənədlərin sayı iştirakçı dövlətlərin bu düzəlişin bəyənilmə tarixinə olan sayının üçdə ikisinə çatdıqdan sonra otuzuncu gün qüvvəyə minir. Bundan sonra istənilən iştirakçı dövlət üçün həmin düzəliş, qəbul olunma barədə həmin dövlətin öz sənədini saxlanılmaq üçün təhvil verməsindən sonra, otuzuncu gün qüvvəyə minir. Düzəliş yalnız onu qəbul etmiş iştirakçı dövlətlər üçün məcburi hesab olunur.

Maddə 16

İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərmək vasitəsilə bu Protokolu denonsasiya edə bilər. Denonsasiya həmin bildiriş Baş katib tərəfindən alındığı tarixdən bir il sonra qüvvəyə minir.

Maddə 17

Bu Protokolun mətninin mümkün formatlarda mövcudluğu təmin edilməlidir.

Maddə 18

Bu Protokolun Çin, ərəb, fransız, ingilis, ispan və rus dillərində olan mətnləri eyni qüvvəyə malikdir.

Bunun təsdiqi olaraq, özlərinin müvafiq hökumətləri tərəfindən buna lazımi şəkildə səlahiyyət verilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Protokolu imzaladılar.

Birləşmiş Millətlər Təşkilatının "Əlillərin hüquqları haqqında" Konvensiyasının Fakültativ Protokoluna dair Azərbaycan Respublikasının

BƏYANATI

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalaranın yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4562 dəfə oxunub




Flag Counter






» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün LAYİHƏ MÜSABİQƏSİ

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!