XƏBƏRLƏR




- 6. Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2003-cü il
- 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612)
- - 13. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2001-ci il
- - 12. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 1999-cu il
- - 11. Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2011-ci il
- - 10. Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2011-ci il
- - 9. Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2008-ci il
- - 8. Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2001-ci il
- - 7. Əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2011-ci il
- - 6. Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2003-cü il
- - 4. 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2005-ci il
- - 5. Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2010-ci il
- - 3. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2011-ci il
Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında [1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinət təyin edilir.
2. Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətlər dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması qaydasını Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu fərman 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2003-cü il
№ 936
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612) ilə adında, 1-ci bəndində və 3-cü bəndinin ikinci abzasında “və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna” sözləri ilə əvəz edilmişdir.
Bu xəbər 3309 dəfə oxunub