23 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/11/2012 14 noyabr Ümumdünya Diabet Günüdür.


PRESS-RELIZ

Əlaqələndirici şəxs : Gülşən Hüseynova

Əlaqə telefonları :  498-00-71 iş, (050) 337 55 28

 

                                                   14 noyabr

                                Ümumdünya Diabet Günü

                                    World Diabetes Day

                                          14 november

 

Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyyələrinə görə 14 noyabr tarixi Ümumdünya Diabet Günü(ÜDG) kimi qeyd edilir. 14 noyabr diabet xəstələrinin köməyinə çatan insulini kəşf edən həkim Frederik Bantinqin ad günüdür. Dünyada 350 milyon, Azərbaycanda 163 minə yaxın bu qeyri-yolxucu xəsətlikdən əziyyət çəkən insan var. 2007-ci ildən isə 14 noyabr Birləşmiş Millətlər Təşkilatının günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Ümumdünya Diabet Gününün emblemi olan Mavi dairə şəkərli diabet(ŞD) ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Diabetə qarşı mübarizədə birləşin!”. 2009-2013-cü illər üçün ÜDG-nün 5 illik kompaniyasının mövzusu: “Diabetin təlimi və qarşısının alınması”-dır.

Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi tərəfindən 14 noyabr 2012-ci il tarixində saat 14.00-da  Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində (ünvan: C.Cabbarli 34) 14 noyabr-Ümumdünya Diabet Gününə həsr edilmiş konfrans keçiriləcək.

Konfransın proqramına görə 14.30-da konfransı Bakı Baş İdarəsinin rəisi Elmira xanım Əliyeva ön sözlə açıq elan edəcək. Sonra rəyasət heyətinin üzvləri, Səhiyyə Nazirliyinin Tibbi Yardım şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov çıxış edərək Dünya Diabet Gününün keçirilməsi və Azərbaycanda şəkərli diabetlə bağlı nə kimi işlər görülməsi haqqında danışacaqlar. Respublika Endokrinoloji Mərkəzin direktoru, BTF-nın fəxri üzvü, t.e.n. Rauf Cabarov konfransa sədrlik edəcək.

Konfrans zamanı 3 çıxış nəzərdə tutulub. Ilk çıxış “Şəkərli diabetlə bağlı Azərbaycan Respublikasında görülən işlər”  mövzusunda  REM-in direktor müavini Yeganə  Sultanova tərəfindən olacaq. “Şəkərli diabet xəstəliyinin müalicəsində son nailiyyətlər” mövzusunda REM-in elmi-praktik məsələlər üzrə aparıcı mütəxxəsisi Zərifə Əliyeva çıxış edəcək. Son çıxış “Şəkərli diabetin müalicəsində terapevtik təlimin rolu-“Diabet Məktəbləri”” mövzusunda REM-in əməkdaşı, təlimçi Səriyyə Ağayeva tərəfindən olacaq.

 Dünya Diabet Günü həmçinin digər tədbirlərlə də qeyd edilir. Bu tarixdə saat 12.00-da “İrəli” Gənclər Təşkilatı ilə birgə Azərbaycan Diabet Liqası Park Bulvarda əhali arasında qlikemiyanın muayinəsini aparılacaq. Sonra gənclər həmrəklik nümayiş etdirərək flaşmob rəqs edəcəklər.

15.00-da isə “İrəli” Gənclər Təşkilatının ofisində Azərbaycan Diabet  Liqasının üzvü, REM-in aparıcı həkimi Nərmin İsmayılovanın  gənclər qarşısında maarifləndirici çıxışı olacaq.

Bu və digər tədbirlər Telekanallar (AzTV, ATV, Xəzər TV, İTV ), Agentliklər (Trend, APA, Azərtac, Интерфакс-Азербайджан) , Qəzetlər (Tibb qəzeti, Эхо, Зеркало, Respublika) tərəfindən işıqlandırılacaq.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4464 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi