20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/1/2013 “BU BİZİK”


     

 

“Əlillərin Beynəlxalq  Əməkdaşlığı Uğurunda” (ƏBƏU) cəmiyyəti  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında  Gənclər Fondunun maliyyə dəstəyi  “BU BİZİK” layihəsinin yekunu ilə əlaqədar  29 yanvar 2013-cü il tarixdə Gəncə şəhəri İncəsənət Mərkəzində əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunmusdur. Tədbirdə hökumət, QHT və KİV nümayəndələri iştirak etmişlər. 

     Layihənin məqsədi əlilliyi olan gənclər arasında peşə bacarıqlarının inkişaf etdirilməsi, baza biliklərin formalaşdırılması, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması ilə onların əmək bazarına çıxışlarının təmin olunmasına dəstək olmaqdır. Eyni zamanda layihənin dəstəyi ilə əlilliyi olan gənclərin potensial imkanlarının araşdırılması və müxtəlif yaradıcılq sahələri üzürə peşə-təlim kurslarının təşkil edilməsidir. Bu proqram “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri olan əlilliyi olan insanlar arasında işsizliyin azaldılması, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dəstək məqsədi ilə həyata keçirilir. Təşkil olunmuş kurslara Gəncə şəhərində yaşayan 25 nəfər əlilliyi olan gənc cəlb olunmuş və onlarla 3 nəfər mütəxəsis məşğul olmuşdur. Kurslar dekorativ tətbiqi sənətin qarışıq texnikası, şüşə qabların bəzədilməsi, mətbəx bəzəklərinin düzəldilməsi, toxuma, əklillərin hazırlanması, tikmə, rəsm əsərləri sahələri üzrə keşirilmişdir. Sərgi kurslarda əlilliyi olan şəxslərin aldıqları bilik və vərdişlərin praktiki təzahürüdür. Yekun tədbirdə məzunlara sertifikatlar verilmişdir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2708 dəfə oxunub




Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib