23 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/2/2013 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası keşirilmişdir.


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası keşirilmişdir.

    Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli iclasda  2012-ci ildə görülmüş işlərə dair hesabat vermişdir. O cümlədən qeyd olunmuşdur ki, il ərzində 3 layihənin icrasına başlanılmışdır. Onlardan biri uğurla başa çatmış, iki layihə üzrə fəaliyyətlər davam etdirilir.

     Bərabər hüquq və imkanların təmin olunması fəaliyyətlərinin davam etdirilməsi, BMT-nin “Əlilliyi olan şəxsləri hüquqları haqqında” Konvensiyasından irəli gələn məsələlər, o cümlədən Konvensiyanın  Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmasının 5 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi, əlilliyin vəziyyətinə dair hesabatın hazırlanması, “Əlillər fondunun” yaradılması təşəbbüsü, müxtəlif nominasiyalar üzrə “Əlillərin dostu” açıq müsabiqəsinin təşkili,  keçirilməsi Əlil Təşkilatları İttifaqının 2013-cü il üçün əsas fəaliyyət istiqamətləri, prioritetlər kimi qəbul olunmuşdur.

      İttifaqın Respublikanın 7 bölgəsi üzrə nümayəndəlikləri təsdiq olunmuşdur. Sumqayıt üzrə “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəziinin rəhbəri Zeynəb Hacıyeva, Gəncə regionu üzrə “Əlil Qadınlar” cəmiyyətinin Gəncə bölgə şöbəsinin sədri Elmira İsmayılova, Ağsu rayonu üzrə “GÜLSAM” əlillərin reabilitasiya mərkəzi ictimai birliyinin sədri Gülnarə Səlimova, Salyan üzrə “Azərbaycan Diabet Liqası”nın Salyan rayon nümayəndəliyinin sədri Yaqub İsmayılov, Şəki rayonu üzrə “Şəki Əlillərə Qayğı” ictimai birliyinin sədri Güləndam Alxasova, Qəbələ rayonu üzrə “Əlillərə Dəstək” ictimai birliyinin sədri Yaşar  Hümbətov, Qazax rayonu üzrə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” cəmiyyətinin Qazax şöbəsinin sədri Ayət Hüseynov seçilmişlər.

     “Autizm” Deffektoloji və psixoloji yardım mərkəzi və “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəzi İttifaqa üzv seçilmişlər. Hazırda 31 təşkilat ƏTİ-nin üzvüdür.

Təşkilat rəhbərlərinin rəy və təklifləri dinlənilmiş, cari məsələlər müzakirə olunduqdan sonra iclas yekunlaşmışdır. 2012-ci ilə dair geniş hesabat təşkilatın veb saytında (www.udpo.az) və digər informasiya portallarında yerləşdiriləcəkdir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3221 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi