20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/2/2013 "Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"nın təsdiq edilməsi barədə


"Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"nın təsdiq edilməsi barədə

31.01.2013 

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

 № 17

 Bakı şəhəri, 31 yanvar 2013-cü il

 "Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"nın təsdiq edilməsi barədə

  "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan  Respublikası  Prezidentinin 2012-ci il 14 mart tarixli  600  nömrəli  Fərmanının  1.1.8-ci  yarımbəndinin  icrasını  təmin etmək  məqsədi ilə Azərbaycan  Respublikasının Nazirlər   Kabineti QƏRARA ALIR:

 "Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikası Baş nazirinin birinci müavini  Yaqub Eyyubov                               

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü  il  31 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir

 Evdə (səyyar) sosial xidmətin göstərilməsi

Q A Y D A S I

 1. Ümumi müddəalar

1.1. Bu Qayda "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən hazırlanmışdır və  əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir.

1.2. Eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.

1.3. Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlillər və sağlamlıq imkanları məhdud uşaqlar ayrıca qeydə alınırlar.

1.4. İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.

 2. Evdə (səyyar) sosial xidmət göstərilməsi  üçün müraciət edilməsi

2.1. Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə (bundan sonra - Mərkəz) ərizə ilə müraciət edirlər.

2.2. Sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün Mərkəzə müraciət edə bilər.

2.3. Sosial xidmətin göstərilməsi barədə müraciət Mərkəzə daxil olduğu gündən sonra, 10 (on) iş günü müddətində sosial işçi tərəfindən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi aparılır və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən hesabat və şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.

2.4. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən sonra, 5 (beş) iş günü müddətində Mərkəz tərəfindən sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar qəbul olunur.

 3. Evdə (səyyar) sosial xidmətin təşkili

3.1. Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.

3.2. Sosial işçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

3.2.1. sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;

3.2.2. qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlillərin internat evinə, sağlamlıq imkanları  məhdud uşaqlara müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;

3.2.3. əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidməti göstərmək;

3.2.4. sağlamlıq imkanları  məhdud uşaqların gündəlik həyatda lazım olan  vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;

3.2.5. sağlamlıq imkanları  məhdud uşaqların  sosial uyğunlaşmasına dəstək vermək;

3.2.6. sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;

3.2.7. ailənin sosial inkluziyasına köməklik göstərmək;

3.2.8. sağlamlıq imkanları  məhdud uşaqların ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək.

3.3.  Sosial xidmətçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

3.3.1. yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər);

3.3.2. özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;

3.3.3. şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək;

3.3.4. yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək;

3.3.5. yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək;

3.3.6. paltarların xırda təmirini etmək;

3.3.7. mənzili yığışdırmaq və təmizləmək;

3.3.8. zəruri  ərzaq, sənaye və məişət mallarını almaq;

3.3.9. mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;

3.3.10. istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;

3.3.11. həyətyanı sahəni nizama salmaq;

3.3.12. evə həkim  çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;

3.3.13. sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.

3.4. Sosial işçi xidmətə götürülmüş şəxsə fərdi plana uyğun olaraq xidmət göstərir. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərilməsi vaxtı reabilitasiya xidmətinin növündən asılı olaraq tərəflərin razılığı ilə müəyyən edilir.

3.5. Evdə (səyyar) sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) evlərdə (səyyar) sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir.

3.6. Qismən ödənişli və tam ödənişli sosial xidmət tərəflər arasında bağlanmış sosial xidmət müqaviləsi əsasında həyata keçirilir.

3.7. Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:

3.7.1. qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda;

3.7.2. sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda;

3.7.3. tənha ahıllar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;

3.7.4. əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası başa çatdıqda;

3.7.5. sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3002 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib