23 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/2/2013 15 fevral 1989-ci il tarixi Sovet ordusunun sonuncu əskərinin Əfqanstandan çıxmasının 24-ci il dönümü günüdür.


 

 

Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu

10-il müddətində  416 iri miqyaslı hərbi əməliyyatlar keçirdmişdir. 

        15 fevral 1989-ci il tarixi Sovet ordusunun sonuncu əskərinin Əfqanstandan çıxmasının 24-ci il dönümü günüdür.  Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 24-cü il dönümü ilə əlaqədar olaraq Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın  Müstəqilliyi və torpağlarının bütövlüyü uğrunda şəhid olan döyüşçülərin məzarını ziyarət ediblər.

       Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti, Əfqanstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov Əlil Təşkilatlar İtfaqının İnformasiya Portalına Əfqanıstan müharibəsi barədə geniş məlumat verərək  bildirib ki, 25 dekabr 1979-cu il tarixindən, 15 fevral 1989-cu il tarixinə kimi Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu 10- il müddətində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 iri miqyaslı hərbi əməliyyatlar keçirdmişdir. Ən böyük əməliyyatlardan biri olan “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərrüfatı mallarını manesiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün  keçirilmişdir. 10-il müddətində SSRİ tərkibində olan keçmiş Sovetlər Respublikalarının 68 millətin nümayəndəsindən ibarət 620 min nəfər hərbçisi hərbi əməliyatlarda iştirak etmişdir. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət etmişdir.  Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olmuşlar.

       Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet ordusunun  14 453 nəfəri həlak olmuş, 292 nəfəri itgin düşmüş, 5 753 nəfəri isə müxtəlif dərəcələrdə bədən xəsarəti alaraq yaralanmışdır.  İtgilər bununlada bitməmiş, Əfqanıstandan qayıtdıqdan sonra da 3 203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişmişdir.  Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet ordusunun  86 nəfəri “Sovet İttifaqı Qəhramanı” adına layiq görülşüş (bunlardan 25 nəfəri ölümündən sonra), 200 minə yaxını isə müxtəlif döyüş orden və medalları ilə təltif olunmuşdur. Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 milyon ABŞ dolları yardım göstərmişdir. Sovet İttifaqı Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olmuşdur.  

       Sovet  ordusunun  Əfqanıstan müharibəsində 147 tank, 1314 zrehli transpartyor, 433 artileriya sistemi, 118 təyarə və 333 vertalyot texnikası itgisi olmuşdur. Məlum Cenevrə razılaşmasına əsasən 40–cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanməş və bu proses 15 fevral 1989-cu ildə başa çatmışdr. Məhs bu gün münasibəti ilə MDB – üzv olan dövlərtlərində, eləcədə Azərbaycanda, keçmiş Əfqanstan döyüşçüləri hər il bu günü müxtəlif tədbirlər təşkil edərək təntənəli surətdə yad edirlər. 

        Xatırlatmaq istəyirəm ki, Azərbaycandan 9500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak etmişdir. Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olmuş, 450 nəfəri əlil olmuş, 7 nəfəri isə itgin düşmüş, 1400 nəfər isə mülkü işlərdə xidmət etmişdir.

       Azərbaycanın Əfqanstan veteranlarının 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini  bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xususi fəallıq göstərib ilk xüsusi təyinatlı batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olmuş, 6 nəfəri isə itgin düşmüşdür. Əfqanıstan döyüşçülərindən Qarabağda torpağlarımızın azad oluması uğrunda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 37 nəfər Azərbaycan Bayrağı Ordeni,  bir çoxları isə döyüş medalları ilə təltif olunmuşdur. Hal hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Dövlətinin Silahlı Qüvvələrində müxtəlif yüksək rütbəli vəzifələrdə xidmət edirlər. 

      Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyildir. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Artıq Azərbaycanın Ordusu da 1992-1993-cü illərdəki ordu deyil. Azərbaycanın NATO standartlarına uyğun, qüdrətli Silahlı Qüvələri formalaşmışdır. Əgər birinci Qarabağ savaşında Azərbaycan Ordusunda az saylı hərbçi mütəxəsislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir.  Əgər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə onda biz-keçmiş Əfqanstan müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda yenə döyüşməyə hazırıq! 

        Fursətdən istifadə edərək, Azərbaycan  dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş və Əfqansdanda beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş döyüşçülərə Allahdan rəhmət diləyirəm və veteran həmkarlarımı Əfqanstandan sağ-salamat doğma vətənə döndükləri üçün təbrik edirək, onlara uzun ömur can sağlığı arzu edirəm. 

     Sərraf Oruc,

Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti,

Əfqanstan və Qarabağ müharibəsinin veteranı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4123 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi