11 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


MÜSAHİBƏLƏR

11px13px15px17px
15/5/2013 *******


 

 

“İş şəraiti yaradılsa, müavinətə ehtiyac qalmaz”

Share on facebook Share on twitter Share on email 0

27/4/2013 [11:37] Oxunma sayı: 93

Font:

Bərabər imkanlar cəmiyyətinin əsas prinsipləri ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. “Bərabər imkanların təmin olunması” termini xidmət, fəaliyyət növləri, informasiya və sosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir. 
Bu gün Azərbaycan Respublikasının qanunvericiliyində də ölkədə əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanun və dövlət proqramları mövcuddur. Əlilliyi olan insanların xoş rifahı naminə qanunvericilik və icra qurumlarında həlli vacib olan amillər, həmçinin bu sahədə mövcud problemlər barədə söhbətimizi Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli ilə davam etdik. O, 1987-ci ildən ikinci qrup əlildir.

Haqqında...

Öncə həmsöhbətimizin iş təcrübəsi və ictimai fəaliyyəti haqqında oxuculara məlumat verək. Davud Rəhimli 1994-cü ildən Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin (ƏBƏUC) sədridir. O, 1995-ci il Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İdarə Heyətinin üzvü, 1998-ci ildən Dünya Əlil Təşkilatları Birliyinin milli təmsilçisi, 2003-cü ildən Əlil Təşkilatları İttifaqınının (ƏTİ) prezidenti, 2001-ci ildən Milli QHT Forumunun idarə heyətinin üzvü, 2005-ci ildən Ombudsman yanında Ekspert komissiyasının üzvüdür.
2010-cu ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə işçi qrupun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əlil və Şəhid ailələri üçün Respublikanın müxtəlif şəhər və rayonlarında inşa olunan yaşayış binalarının bölgüsünü həyata keçirən komissiya” və “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə kömək göstərən komissiya”nın üzvüdür.
2011-2012-ci illərdə UNICEF-in “Ombudsmanın fəaliyyətinə dəstək” layihəsində məsləhətçi-eksper olub.

Əlilliyin sosial müdafiəsində ən başlıca prinsip

Həmsöhbətimiz bildirir ki, hazırda Respublikmızda əlilliyi olan 506 127 nəfər (ümumi əhalinin 5,5 faiz) insan var: “Onlardan 61 minə yaxını sağlamlıq məhdudiyyəti olan uşaqlardır. Əlillərdən 110 minə yaxını sosial müavinət alanlardır. O cümlədən: Qadınlar 202 450 nəfər (ümumi əlillərin 40 faiz), əlilliyi olan uşaqlar 61 693 nəfər (ümumi əlillərin 12 faiz), əmək pensiyaçıları 331 586 nəfər (ümumi əlillərin 65,5 faiz), sosial müavinət alanlar 104 043 nəfər (ümumi əlillərin 20,6 faiz). Minimum əmək haqqı 93,5 manatdır. Əlilliyi olan insanların ictimai birliklərinin sayı 69-dur. Ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərin sayı 7-dir.
Əlil - anadangəlmə, xəstəlik və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Bu gün əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasıdır. Ölkənin qanunvericilik bazasında qanunvericiliyin bu gün ilkin bəzi institutları müəyyənləşib, çərçivə qanunlarımız var. Yəni həmin qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir”.

“Qanunda dəyişiklik labüddür”

ƏTİ prezidenti deyir ki, Respublikada əlilliyi olan insanların müxtəlif sahələrdə hüquqlarının təmin olunması üçün müxtəlif qanunverici sənədlər var: “Əlilliyi olan insanlar üçün ümumi baza qanunu vardır, hansı ki, 1993-cü ildə qanun qəbul edilib. Hazırda bu qanuna dəyişiklik olunması ilə bağlı olaraq işçi qrupu təşkil olunmuş, bu qrupa Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir.
Biz inanırıq ki, bu qanun cari il qəbul olunacaqdır. Bildiyiniz kimi Azərbaycan Respublikası 2008-ci ilin oktyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) əliliyi olan insanların hüquqları haqqında konvensiyasını və ona əlavə protokolu ratifkasiya etmişdir. Bununla da ölkənin üzərinə əlavə tədbirlər də düşür. O mənada ki, konvensiya ratifkasiya olunduqdan sonra milli qanunvericiliyin dəyişilməsi labüddür və ona uyğunlaşdırlmalıdır. Eləcə də, başqa qanunlarda təhsil, məşğulluq və başqa sahələrlə bağlı qanunda bu öz əksini tapmalıdır. Əlilliyi olan insanların fəaliyyəti ilə bağlı həm hökumət, həm də qeyri-hökumət təşkilatları fəaliyyət göstərir”.

“Bu insanlara xəstə kimi baxılır”

Davud Rəhimlinin sözlərinə görə, Əlillərə cəmiyyətdə sosial baxış  Təmin Olunmalıdır: “Təəssüf ki, fiziki məhdudiyyəti olan insanlarımıza ancaq tibbi baxış var, sosial baxış yoxdur. Yəni bu insanlara xəstə kimi baxılır. Nəticədə onların təhsil alması, idmanla məşğul olması, məşğuliyyəti və asudə vaxtının təşkili üçün manelər yaranır.
İstər-istəməz əlilliyi olanlara xəstə kimi yanalaşılması arzuolunan deyil.
Son illərdə cəmiyyətdə əlillərə olan sosial baxışın təmin olunması istiqamətində fəaliyyət hiss olunur. Dəyişilik olacaq, qanunvericlikdə də bunlar nəzərə alınıb. Qarabağ əlilləri, şəhid ailələri, Çernobil əlillərinə dövlət tərəfindən təmanasız olaraq mənzillər verilir, ya da yaşayış sahəsi yaxşılaşdırılır. Əlillərin hərəkət etmələri üçün nəqliyyat vasitələri ilə təmin olunurlar. Eləcə də, bütün kateqoriyadan olan əlilliyi olan insanlar dövlət tərəfindən protezlə, tibbi avadanlıqlarla təmin olunurlar. Həmçinin nəqliyyat vasitələri ilə, əlil arabaları ilə təmin olunurlar. Dövlət onların sosial təminatı ilə məşğuldur”.

“Buna borcludurlar…”

Həmsöhbətimiz bildirir ki, fiziki məhdudiyyəti olan insanların müalicəsi üçün də dövlət qayğısı var: “Həm ölkə daxilində, həm ölkə xaricində əlillərin müalicəsi üçün şərait yaradılıb. Respublikadan kənarda da müalicə olunurlar əlillər, bu daha çox Ukraynada olur. Nisbətən də Bolqarıstan və Rusiyaya müalicə üçün göndərilir əlillərimiz. Ölkə daxilində də müalicə üçün mərkəzlərdən biri kimi Naftalanı göstərmək olar. Çox yüksək səviyyədə xidmət qurulmuşdur. Hələ ki, hökumət bütün kateqoriyadan olan əlillərin müalicə məsələsini həyata keçirə bilmir”.Davud Rəhimlinin dediyinə görə, əlillərin məşğuliyətinin təmin olunması üçün kvota var: “Kovota əhalinin bir neçə təbəqəsinə şamil olunur, onlar arasında əlillər də var. Dövlət, hökumət və qeyri-hökumət təşkilatlarında əlillərin məşğuliyyət üçün imkanlar yaradılmalıdır. Bu insanların işlə təmin olunması işçilərin sayının 20 nəfərdən çox olması ilə nəzərdə tutulur. Borcludurlar ki, əlilliyi olan insanları işlə təmin etsinlər. Əlillərin işləməsi üçün şərait də yaradılmalıdır”.

Həlli vacib problemlər də var”

Əlil Təşkilatları İttifaqının prezidenti deyir ki, bu gün əlilliyin sosial müdafiəsində ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasında uğurlar var: “Ancaq problem də yox deyil. Hələ ki, cəmiyyətdə əlillərin kifayət qədər problemləri var. Problemlər əsasən nədən ibarətdir? Birincisi, şəhərin infrastrukturu, yaşayış məskənlərinin, məşğuliyyət və təhsil sahələrinin, eləcə də başqa sahələrin əlilliyi olan insanlar üçün uyğun olmamasıdır.
Məsələn, görma qabliyyətin itirmiş insan üçün arzuolunan səviyyədə şərait yaradılmayıb. Tutaq ki, əlilin yaşadığı mənzildən harasa getməsi əksər hallarda qeyri-mümkündür. Şərait yoxdur. İmkanlar məhduddur. Yaşayış binasında liftlər, küçələrdə səkilər əlillərin hərəkəti üçün uyğunlaşdırılmalıdır.
Təəsüf olsun ki, yerli icra hakimiyyəti orqanları əlilləri nəzərə almırlar, şəhərdə, rayonda yaradılan şərait əlillər üçün də uyğunlaşdırılmır.
Bəzi yerlərdə epizodik işlər görülür. Tutaq ki, yerlatı keçid inşa olunur. Ancaq görülən işlərin heç hamısı standarta uyğun deyil. Əlilliyi olan insanlar bunlardan istifadə edə bilmirlər. Nəticədə birinci mərhələdə təhsil ala bilmirlər, sonra məşğuliyyətlərini təmin edə bilmirlər. Bundan sonra da ailə problemi çıxır ortaya. Ailənin təminatı məsələsində problem yaranır. Bu sahədə işlərin çox görülməsi gərəkədir”.

“Müavinət əvəzinə şərait yaradılsın”

Davud Rəhimli bildirir ki, əlilliyi ola şəxslər arasında iş stajına görə pensiya alanlar var: “Sosial müavinətlərin məbləği bu gün həddindən artıq aşağıdır. Sosial müavinət qruplar üzrə 34, 44, 60 manatdır. Bu məbləğlərin cəmi belə, bir əlilin özünü təmin etməsinə yetərli deyil. Bu minumun əmək haqqından, minum yaşayış həddinindən də aşağıdır. Bu insanlar daha çox çətinliklərlə üzləşirlər. Dövlət tərəfindən hər il pensiyalar, sosial müavinətlər artırılır. Ancaq bu artımlar bazar şərtlərinə heç cür uyğun gəlmir.
Yenə də vurğulayıram ki, maksimum çalışmaq gərəkdir ki, əlilliyi olan insanlara sosial yanaşma olsun. Təhsil, məşğulluq sahələrində irəli çəkilsinlər, müəyyən işlə təmin olunsunlar. Belə olan halda öz problemlərinin bir hissəsini özləri həll etmiş olarlar. Nəticədə sosial müavinətdən asılı vəziyyətə qalmazlar. Bu dövlətin özü üçün bir prioritet sahə olmalıdır. Pul vermək əvəzinə müəyyən şərait yaradılmalıdır”.

(Ardı gələn sayımızda)

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 15404 dəfə oxunub




Flag Counter






» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün LAYİHƏ MÜSABİQƏSİ

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!