XƏBƏRLƏR




- 4/9/2013 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi yeni layihənin icrasına başlamışdır
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
PRESS RELİZ
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi
yeni layihənin icrasına başlamışdır
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb.
Layihənin məqsədi əlilliyi olan şəxslərin hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin artırılmasından ibarətdir.
Layihə çərcivəsində aşağıdakı işlər həyata keçiriləcək: Əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən braşuranın nəşr edilməsi; Onların hüquqları ilə bağlı Bakıda və daha 4 inzibati ərazi vahidində əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, əlil təşkilatlarının nümayəndələrinin və ictimai şuralarda təmsil olunan QHT üzvlərinin iştirakı ilə təlimlərin və ya ictimai müzakirələrin təşkil edilməsi. Layihə müddətində əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə, əlil təşkilatlarının nümayəndələrinə və ictimai şuralarda təmsil olunan QHT üzvlərinə və digər şəxslərə hüquqi yardım göstəriləcək, həmin şəxslərin hüquqları dövlət və məhkəmə orqanlarında müdafiə ediləcəkdir. Əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericilik bazası təhlil ediləcək və müxtəlif sosial məsələlərlə bağlı dövlət proqramları nəzərdən keçiriləcək.
Həmin şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin araşdırılmasının, sosioloji sorğuların keçirilməsinin, dəyirmi masaların təşkilinin, layihədə nəzərdə tutulan digər fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyələr” adlı yekun sənəd hazırlanaraq ictimai müzakirəsi keçiriləcək və həmin Tövsiyələr müvafiq dövlət orqanlarına təqdim ediləcək.
Layihə üzrə koordinator “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (ƏCİİB) sədri Ramilə Mahmudova, layihənin hüquqşünas-eksperti, hüquq elmləri doktoru, professor Mayis Əliyev, layihənin köməkçisi isə sosioloq Ülvi Əliyev müəyyən edilib.
Qeyd edək ki, layihə 4 ay müddətində Bakı və Azərbaycan Respublikasının Gəncə, Şirvan şəhərlərini, Abşeron və Qazax rayonlarını əhatə edəcək.
Mətbuat xidməti
Bu xəbər 3609 dəfə oxunub