20 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/9/2013 Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) Qazax Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilmişdir


Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayırdığı vəsait əsasında həyata keçirdiyi  “Qazax  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihə çərçivəsində yaratdığı Qazax Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilmişdir

 

Məlumat verildiyi kimi,  “Əlil Qadınlar Cəmiyyəti” (ƏQC) "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində “Qazax  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsini həyata keçirir.

Layihə çərcivəsində  Qazax rayonunda Qazax Günərzi Qayğı Mərkəzi yaradılmışdır. Həmin  mərkəzdə  3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Həmin uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur.

2013-cü ilin sentyabr ayının 13-də Qazax Günərzi Qayğı Mərkəzinin rayon ictimaiyyəti, yerli QHT-lər və KİV-lər üçün təqdimetmə mərasimi keçirilmişdir.

Təqdimetmə mərasimində Əlil Qadınlar Cəmiyyətinin Prezidenti,  layihə meneceri Məhluqə Rəhimova, Qazax Rayon Icra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Əlil Qadınlar Cəmiyyətinin  hüquqşünası, hüquq elmləri  doktoru, professor  Mayis Əliyev, Qazax rayon Veteranlar Şurasının sədri Xanqulu Süleymanov, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli,  Qazax rayon  Ağköynək kənd tam orta məktəbinin direktoru Safura Rəhimova və valideyinlər adından Vaqif Sadıqov çıxış edərək layihənin mahiyyətindən, rayon üçün əhəmiyyətindən və gələcək perepektivlərindən danışmışlar. Valideyinlər bu layihənin Qazaxda təşkil olunduğu üçün minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, lahiyənin əsas məqsədi Ermənistanla həmsərhəd bölgədə yerləşən Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3437 dəfə oxunub




Flag Counter






» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları

» 11/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

» 9/10/2021- “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.

» 8/10/2021- FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ