18 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/11/2013 Qənirə Paşayeva Parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş növbəti iclasında 1-ci qrup əlilliyi olan insanların məsələsini qaldırıb


Qənirə Paşayeva Parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş növbəti iclasında 1-ci qrup əlilliyi olan insanların və tələbələrin yataqxana məsələsini qaldırıb.

Gün.Az-ın verdiyi məlumata görə, millət vəkili çıxışında qeyd edib ki, 1-ci qrup əlilliyi olan şəxslərin sayı Azərbaycanda bir o qədər də çox deyil və bu baxımdan, 1-ci qrup əlil olan tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulunda güzəştlər tətbiq edilməlidir:

“Bir müddət öncə Parlament tərəfindən hər iki valideynini itirmiş tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulu məsələsində humanist addım atıldı, onlar ödəniş haqqı ödəməkdən azad edildilər. Bu, cəmiyyət tərəfindən də böyük rəğbətlə qarşılandı.

Ona görə də, yaxşı olardı ki, valideynləri və ya özləri 1-ci qrup əlillər də ödənişlərdən azad edilsinlər”.

Millət vəkili eyni zamanda tələbələrin hələ də yataqxana problemi məsələsinin açıq qaldığını qeyd edib:

“Məlum səbəblərdən yataqxanaların çoxunda qaçqın və məcburi köçkünlər məskunlaşıblar. İndi dövlətimizin maliyyə imkanları xeyli dərəcədə yaxşılaşıb və bu baxımdan yataqxanaların yenidən tələbələrin istifadəsinə verilməsi önəmli məsələrərdəndir.

Tələbələrin böyük əksəriyyəti bahalı qiymətə başa gələn evlərdə kirayələməli olurlar. Xüsusən də imkansız təbəqədən olan tələbələr kirayə haqqı ödəməkdə əziyyət çəkirlər. Ona görə çox yaxşı olardı ki, növbəti ilin büdcəsində tələbələrin yataqxanalarla təmin olunması, yeni tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi məsələsi mütləq əksini tapsın”.

Kamil Həmzəoğlu
Gün.Az

   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2664 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 16/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- Ötən il gecikdirilmiş 1257,4 min manat sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

» 15/1/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.

» 15/1/2022- Keçən il pensiya olaraq 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib

» 14/1/2022- İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib.

» 14/1/2022- Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb

» 14/1/2022- Yaxın zamanlarda QHT-lərlə bağlı prosedur da hazır olacaq, QHT-lərlə əməkdaşlıq istiqamətində yeni prosedur hazırlanır.

» 13/1/2022- Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

» 12/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2022- Azərbaycanda Amerika Ticarət Palatası üzvləri ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2022- Ötən il 62 min şəxsə əlillik və sosial ödənişlər təyin olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq növlərində təlim kursları təşkil olunur

» 9/1/2022- Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişlənəcək

» /1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/1/2022- Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və təqaüd necə veriləcək?

» 7/1/2022- “Əmək müqaviləsi bildirişi” altsistemində minimum əməkhaqqından aşağı maaşın qeyd olunmasına məhdudiyyət tətbiq olunub

» 6/1/2022- Dövlət Məşğulluq Agentliyi ötən il 77 mindən çox işsiz və işaxtaran şəxsi işlə təmin edib

» 5/1/2022- “Məşğulluq marafonu”na 600-dən çox işəgötürən 4 000-dək vakansiya təqdim edib