XƏBƏRLƏR




- 6/12/2013 Beynəlxalq əlillər günü.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əlil Təşkilatları İttifaqının, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin və World Vision (Dünyaya Baxış) Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə aidiyyəti dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi (maddə 9. Müyəssərlik)” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsma) Xanım Elmira Süleymanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini cənab Natiq Məmmədov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard və World Vision Beynəlxalq Humanitar Təşkilatının layihə direktoru Giorgi Devidze konfransın açılışını etmişlər.
BMT-nin Baş Katibinin Beynəlxalq əlilliyi olan şəxslər günü münasibəti ilə müraciəti səslənmişdir.
Sonra Əlil Təşkilatları İttifaqı tərəfindən fiziki infrastrukturun müyəssərliyini əlilliyi olan şəxslər üçün təmin etmiş təşkilatların rəhbərləri:
Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili – Xanım Mehriban Əliyeva
Azərbaycan Diplomatik Akademiyasının rektoru – cənab Hafiz Paşayev
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) – Xanım Elmira Süleymanova
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi – cənab Əbülfəs Qarayev
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri – cənab Əli Abbasov
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini – cənab Natiq Məmmədov
Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Xaləddin İsgəndərov
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - cənab İnam Kərimova
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri – cənab Azay Quliyev
Azərsel Telekom MMC-nin Prezidenti cənab Kiril Qaburiç
“Əlilliyi olan şəxslərin dostu” mükafatı ilə təltif olunmuşlar.
Hökumət, beynəlxalq qurumların, QHT nümayəndələri, əlilliyi olan şəxslər müzakirələrdə iştirak etmişlər.
Bu xəbər 2958 dəfə oxunub