XƏBƏRLƏR




- 3/3/2014 “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” adlı layihəsi
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) və Azərbaycan Müəllimlər İnstitutunun birgə əməkdaşlığı ilə “Dünyaya Baxış” (World Vision) Beynəlxalq Humanitar Təşkilatının ayırdığı vəsait çərçivəsində “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” adlı layihəsini həyata keçirməyə başlamışdır. Layihənin əsas məqsədi Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində inklüziv təhsilin inkişafı üzrə fəaliyyətin təşkil edilməsindən, inklüziv təhsil üzrə mütəxəssis hazırlığının genişləndirilməsindən və inklüziv təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.
Layihənin icra planına uyğun olaraq 28 fevral 2014-cü il tarixdə saat 15:00-da Bakı Avropa Liseyində yerləşən “Azərbaycana Birgə Yardım” (UAFA) İctimai Birliyinin İcma Əsaslı Reabilitasiya Mərkəzində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri ilə səmərəli əməkdaşlığın qurulması” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev İnklüziv təhsil layihəsi barəsində məlumat verərək, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə fikir mübadiləsi aparmış və onların suallarını cavablandırmışdır. Sonra inklüziv təhsil layihəsinin təlimçisi Aynur Vəliyeva “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri ilə səmərəli əməkdaşlığın qurulması” mövzusunda məruzə ilə çıxış etmişdir. Müzakirələrdə “Azərbaycana Birgə Yardım” İB-nin koordinatoru Ülviyyə Mirzəyeva, valideynlərdən Zəhra Xələfova, Sahibə Şamxalova, Şüküufə Talıbova və başqaları çıxış edərək müzakirə edilən məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işləri və digər bacarıqları nümayiş olunmuşdur.
Təşkilat haqqında
“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. SHAİB 3 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Milli Qeyri Hökümət Təşkilatları Formuna, 17 oktyabr 2012-ci ildə isə Əlil Təşkilatları İttifaqına üzv qəbul olunmuşdur.
Daha ətraflı: www.rsr.az, www.udpo.az Mətbuat xidməti
Bu xəbər 3988 dəfə oxunub