23 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/3/2014 Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub


Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
 

 

   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Rafael Harpaz arasında tanışlıq görüşü olub. Görüşdə S.Müslümov iki ölkənin müxtəlif sahələrdə daim genişlənən  əməkdaşlığının əmək və sosial müdafiə sahəsini də əhatə etməsinin önəmli ola biləcəyini vurğulayıb.
   Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olduğunu qeyd edən S.Müslümov bildirib ki, son 10 il ərzində ölkədə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. İqtisadi inkişaf şəraitində xalqın rifah halının davamlı olaraq yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti və əldə olunan nailiyyətlər barədə məlumat verən nazir eyni zamanda respublikada əmək və sosial müdafiə sistemində aparılan islahatlardan söz açıb.
   S.Müslümov  bildirib ki, əmək bazarının daim nəzarətdə saxlanılması, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və vətəndaşların məşğulluq imkanlarının artırılması, dövlət sosial yardım sistemində ünvanlılığın və şəffaflığın təmin olunması, sosial xidmətlərin cəmiyyətin müvafiq ehtiyaclarına uyğun təşkili aparılan islahatların əsas məqsədidir. “Aparılan islahatlarda isə mütərəqqi dünya praktikasından, qabaqcıl ölkələrin özünü doğrultmuş təcrübəsindən istifadə həmişə ön planda dayanır. Ona görə də inkişaf etmiş ölkələr sırasında olan İsraillə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və  inkişafı maraq dairəsində olan məsələlərdəndir”.
   Nazir xüsusən əlilliyin müəyyən olunması, əlillər üçün səmərəli bərpa-müalicə və sosial reabilitasiya xidmətlərinin təşkili, əmək potensialının keyfiyyətcə yüksəldilməsi və digər sahələrdə qarşılıqlı əməkdaşlığın qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.
   R.Harpaz ölkələrimiz arasında davamlı dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq, iki ölkənin əməkdaşlıq əlaqələrinin daim inkişaf etdirilməsinə səy göstərdiyini, qarşıdakı dövrdə Azərbaycanla İsrail arasında əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirib. Görüşdə Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, bu istiqamətdə atılacaq addımlar müzakirə olunub.

  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2826 dəfə oxunub




Flag Counter






» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- Ötən il gecikdirilmiş 1257,4 min manat sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

» 15/1/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.

» 15/1/2022- Keçən il pensiya olaraq 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib

» 14/1/2022- İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib.

» 14/1/2022- Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb

» 14/1/2022- Yaxın zamanlarda QHT-lərlə bağlı prosedur da hazır olacaq, QHT-lərlə əməkdaşlıq istiqamətində yeni prosedur hazırlanır.

» 13/1/2022- Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

» 12/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2022- Azərbaycanda Amerika Ticarət Palatası üzvləri ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2022- Ötən il 62 min şəxsə əlillik və sosial ödənişlər təyin olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq növlərində təlim kursları təşkil olunur

» 9/1/2022- Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişlənəcək