21 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/4/2014 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.


 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.  Sesssiyada BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikası, Şveçariya, Kosta Rika, Meksikanın ilk məruzələri təqdim olunmuşdur.  Azərbaycan tərəfdən tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş başda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov olmaqla aidiyyatı dövlət orqanlarının vəzifəli şəxslərindən, QHT təmsilçilərindən  ibarət olan nümayəndə heyəti  və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

      Vətəndaş cəmiyyəti Əlil Təşkilatları İttifaqı (ƏTİ) (Sədr: Davud Rəhimli, Azərbaycan Karlar cəmiyyəti ictimai birliyi Kamran Abbasov, Zinyət Vəliyeva – Əlil Qadınlar cəmiyyəti), Müstəqil həyat inkişaf və dəstək mərkəzi (Sədr: Aydın Xəlilov), Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası (Sədr: Sahib Məmmədov) nümayəndə heyəti ilə təmsil olunmuşlar. Əlil Təşkilatları İttifaqının nümayəndə heyəti 14 iyun 2013-cü ildə üzv təşkilatlar tərəfindən təyin olunmuş, nümayəndə heyətinə bu məsələ ilə əlaqədar fəaliyyətlərin aparılması və təmsilçilik həvalə olunmuşdur. Tədbirdə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard və Ramiz Behbudov iştirak etmişlər.

       Martın 31-də bu ölkələrin vətəndaş cəmiyyətlərinin ümumi iclası keçirilmiş, təqdimatlar olmuşdur. Azərbaycan tərəfindən Əlil Təşkilatları İttifaqının təqdimatı olmuşdur. Aprelin 1-də günün birinci yarısında yuxarıda qeyd olunmuş tərkibdə Azərbaycanı təmsil edən  QHT-lər təqdimatlar etmişlər. Həlli vacib problemlər qeyd olunmuş və onların həlli üçün təkliflər verilmişdir. Bu iclasa sədrliyi Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli etmişdir. Təqdimatlardan sonra   “Əlilliyi olan şəxslərin hüquqları üzrə” Komitə üzvlərinin (üzvlər 18 nəfər müxtəlif ölkələrdən olan müstəqil ekspertlərdən ibarətdir) sualları cavablandırılmışdır.

       Həmin gün  Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov Azərbaycan Respublikası hökumətətinin  ilk məruzəsini təqdim etmiş, hökumətin Konvensiyanın yerinə yetirilməsi istiqamətində gördüyü işlər qeyd olunmuşdur. Bundan sonra Komitə üzvlərinin çoxsaylı sualları dinlənilmiş və hökumət nümayəndələrinin cavabları dinlənilmişdir. Aprelin ikisində Azərbaycan üzrə dinləmələr davam etdirilmiş və yekunlaşdırılmışdır.

 Azərbaycan Respublikası üzrə dinləmələr başa çatmış, ancaq Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası öz işini davam etdirir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2460 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib