03 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/5/2014 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni Tvinninq layihəsinin təqdimatı olub


02.05.2014
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni Tvinninq layihəsinin təqdimatı olub (VİDEO)

 

   Mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni Tvinninq layihəsinin təqdimatı olub. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Mönye, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, beynəlxalq ekspertlər və başqaları iştirak ediblər.
   S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunun nailiyyətlərindən biri kimi, ölkəmizlə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hələ dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda Aİ-nin TACİS layihələri icra olunmağa başlayıb. Həmin layihələr respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini verib: “2004-cü ildən etibarən Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunan layihələrdən Tvinninq və TAİEX proqramlarına daha çox üstünlük verilir. Bundan öncə icra olunan Tvinninq layihəsi aktuar hesablamaların, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensial imkanlarının artırılmasına xidmət edib. Bu gün təqdim olunan yeni Tvinninq layihəsinin məqsədi isə Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyinin qabaqcıl Avropa dövlətlərinin təcrübəsi əsasında təkmilləşdirilməsi, ölkədə tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsidir”.
   S.Müslümov bildirib ki, 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Plan, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramları, onların tətbiqi üçün mexanizmlər hazırlanacaq. Əlillərin sosial müdafiəsi, tibbi-sosial ekspertiza və əlillərin bərpası sahələrində çalışan işçi heyətin peşəkar bilik və bacarıqları artırılacaq: “Eyni zamanda, tibbi-sosial reabilitasiya sisteminin monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq sisteminə yenidən baxılaraq Avropa standartlarına uyğunlaşdırılması üçün təkliflər hazırlanacaq. Layihə bu işlərdə Aİ üzvləri olan Fransa və Almaniyanın müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq zəminində icra olunacaq. Əlilliyi olan şəxslərlə bağlı hazırlanan yeni qanunvericilik layihələrində artıq bu ölkələrdən olan ekspertlər də iştirak edirlər”. S.Müslümov yeni layihənin icrası işlərinə uğurlar arzulayıb və bu sahədə görüləcək işlərin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
   Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanla Aİ arasında daim inkişaf edən əməkdaşlığın inkişafından söz açaraq, yeni Tvinninq layihəsinin də Azərbaycanda aparılan islahatlara dəstək verilməsi məqsədinə yönəldiyini vurğulayıb. M.Mard layihənin icrası zamanı əldə olunacaq uğurlu təcrübənin qarşıdakı dövrdə yeni sahələr üzrə əməkdaşlıq üçün yaxşı zəmin olacağını bildirib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger layihə çərçivəsində ölkələrinin Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığından məmnunluq ifadə edərək, bu əməkdaşlığın genişlənməsi üçün müvafiq səylərin göstəriləcəyini bildiriblər.
   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi sistemində aparılan islahatlar və Tvinninq layihəsi üzrə görüləcək işlər barədə məlumat verib. Beynəlxalq ekspertlər Mişel Villak və Kristian Mutye Tvinninq layihəsinin əsas istiqamətləri barədə təqdimatla çıxış ediblər. Tədbirdə əlilliyi olan şəxslərlə bağlı fəaliyyət mexanizminin mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində Tvinninq layihəsindən irəli gələn imkanlar və qarşıdakı dövrdə layihə üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.

SaveFrom.net

 
 
 
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2683 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!