21 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/7/2014 ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyalarının müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunması


ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyalarının müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunmasına başlanılıb (VİDEO)

 

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunmasına başlanılıb. Bu istiqamətdə ilk tədbir kimi, iyulun 24-də ƏƏSMN-nin (Bakının Binəqədi rayonu üzrə) 6 saylı TSEK-nin əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş və müasir iş şəraiti ilə təmin olunmuş binasının açılışı olub.
   Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, nazirliyin bütün fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza xidməti sahəsində fəaliyyətin təkmilləşdirilməsi işlərinin aparıldığını vurğulayıb. Hazırda ƏƏSMN-nin bütün bölgələr üzrə TSEK-lərinin fəaliyyət göstərdiyini qeyd edən S.Müslümov bu komissiyaların köhnəlmiş iş metodlarının müasirləşdirilməsi, əlillik təyinatı mexanizminin müasir tələblərə uyğun olaraq elektron məlumat mübadiləsi sistemi üzərində qurulması işlərinə başlandığını diqqətə çatdırıb. Nazir tezliklə istifadəyə veriləcək yeni sistemin əlilliyi olan şəxslər, onların xəstəlikləri barədə dolğun məlumat bazasını formalaşdıracağını, bu sahəyə birbaşa və çevik nəzarət imkanları yaradacağını bildirib: “Hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq. Bu prosesə başlanması əlillik təyinatları zamanı neqativ hallara şərait yaradan məmur-vətəndaş əlaqəsinin, əlillik təyinatı ilə bağlı kağız formasında arayışların daşınması praktikasının, süründürməçilik hallarının və s. aradan qalxmasına səbəb olacaq. Hazırda ölkə üzrə TSEK-lərin müvafiq əməkdaşları üçün keçirilən treninqlərdə tibbi-sosial ekspertiza və reabilitasiya xidməti personalına bu sistemdə işləmək bacarıqları aşılanır”.
   S.Müslümov eyni zamanda, bütün yerli qurumlar kimi, TSEK-lərdə də müasir tələblərə uyğun iş şəraitinin yaradılmasının diqqətdə saxlanıldığını bildirib: “Nazirliyin bir sıra yerli qurumlarının ümumi iş şəraiti normaldır. Lakin bununla belə nazirliyin ayrı-ayrı yerli strukturlarının bir çoxunda mövcud iş şəraiti qənaətbəxş olmadığından həm əməkdaşların normal əmək fəaliyyəti, həm də müraciət edən vətəndaşlara lazımi xidmət göstərilməsi üçün uyğun deyil. Hazırda biz həmin qurumlarda, o cümlədən TSEK-lərdə müasir tələblərə uyğun iş şəraitinin yaradılması üçün müvafiq işlər aparırıq. Bu ilk addımdır və hesab edirəm ki, yaxın vaxtlarda bu proses də uğurla başa çatdırılacaq”.
   Sonra tədbir iştirakçıları TSEK əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olub, aparılan müayinələrindən bir neçəsini izləyiblər.

 

 
 
 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2678 dəfə oxunub




Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib