02 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/7/2014 «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanını “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 97 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
 
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2000, № 10, maddə 716; 2009, № 12, maddə 988; 2010, № 11, maddə 966; 2013, №7, maddə 808) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2. həmin Qanunun 3.3-cü maddəsində, 7.1-ci maddəsinin üçüncü cümləsində, 14.3-cü, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.3-cü, 16.4-cü, 19.3-cü, 19.4-cü, 19.5-ci maddələrində, 20-ci maddəsinin ikinci cümləsində, 30-1.1-ci, 30-1.2-ci, 31.2-ci, 31.3.2-ci, 31.4-cü, 31.6-cı, 31.7-ci və 32-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, habelə 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması səlahiyyətini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;”.

2. 2.3-cü bənddə “31.6-cı” sözləri “31.8-ci” sözləri ilə əvəz edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2014-cü il.
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2810 dəfə oxunub




Flag Counter






» 27/11/2021- Salyanda Görüş

» 24/11/2021- Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir.

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt