20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/12/2014 Azərbaycan Respublikasının “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda “ cəmiyyəti


№ 15./12                                                 Cəlilabad – 17. XII. 2014 saat 1100

 

 

PRESS RELİZ

 

Azərbaycan Respublikasının “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda “

cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Cəlilabad rayonunda Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma  əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi üzrə ictimai müzakirə keçirilmişdir.

Layihənin dəstəyi ilə növbəti proqramlardan biri də  17 dekabr tarixində Cəlilabad rayonunda əlilliyi olan uşaqların sosial problemlərinin həlli məqsıdi ilə ictimaiyyıtlə görüş keçirilmişdir. Layihə koordinatoru  Xanım Firuzə Babayeva   layihəsinin icrasına dair məlumat verdi.

İctimaiyyətlə görüş zamanı xüsusi qayğıya ehtiyyacı olan uşaqların cəmiyyətə adaptasiyası Azərbaycan Respublikasının Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və digər qanunvericilik aktlarında təsbit olunmuş sosial problemlərin aradan qaldırılması hüquqlarının təmini işinin daha da təkmilləşdirilməsi, cəmiyyətin diqqətinin bu qəbildən olan şəxslərin sosial vəziyyətlərinin ağırlığının, proqramda nəzərdə tutulduğu kimi Respublikanın cənub bölgəsində, problemlərinin həllinə cəlb edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyə, qeyri-hökumət təşkilatların, KİV nümayəndələrinin, əlilləri və əlil ailələrnin iştirakı ilə əlilliyi uşaqların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına həsr olunmuşdur. Görüş Cəlilabad  rayon Tibb Kollecində təşkil olunmuşdur. İctimaiyyətlə görüşün keçirilməsində məqsəd layihə müddətində əlilliyi olan uşaqların problemlərinin həllində əldə olunan irəliləyişlər, dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, Cəlilabad rayonunda təşkil olunan sosial reabilitasiya mərkəzinə müraciət edən uşaqların ailələri ilə birlikdə aşkarlanan problemlərin həlli yollarının tapılması, sosial durumu ağır olan ailələrə sosial yardımların təyin edilməsi, əlilliyi olan uşaqların əlillik dərəcələrinin təyin edilməsində sənədlərin hazırlanması, müalicə və müayinə məsələləri, əlaqədar təşkilatlara düzgün müraciət və s. sahələri əhatə etmişdir. Müzakirələr zamanı İƏSRM-nə  müraciət edən 67 əlil uşağa sosial dəstək verilmiş, 150-dən çox ailə arasında treynerlər tərəfindən maarifləndirilmə işləri aparılmışdır. Əlilliyi olan uşaqların sosial rebilitasiya dəstəyinin təşkiledilməsi istiqamətində maarifləndirilmə işlərinin aparılması iştirakçıların geniş müzakirələrinə səbəb olmuşdur. Görüşdə iştirak edən dövlət qurumlarının müzakirə zamanı aşkarlanan problemlərin həllinə bilavasitə dəstək vermələri əlilliyi olan uşaqların valideyinləri tərəfindən rəğbətlə qarşılanmışdır. Açıq müzakirələr zamanı 45 nəfərin problemi aidiyyatlı qurumlar tərəfindən birbaşa həll olunmuşdur. Görüşdə iştirak edən əlil ailələrinə sosial dəstək məqsədi ilə hədiyyələr də paylanmışdır. İctimaiyyətlə görüş zamanə Cəlilabad rayon İH-nin İctimai Siyasi şöbəsinin sədri Dürdanə xanım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad yaron şöbəsinin sədri Abasov Mehdi, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyətinin sədri, layihə meniceri Firuzə xanım Babayeva , Əlil Qadınlar (ƏQC) cəmiyyətinin sədri Məhluqə xanım Rəhimova,  həmin cəmiyyətin Biləsuvar rayon Region üzrə şöbə sədri Firəngiz xanım Həbibova, Əlil Qadınlar (ƏQC) cəmiyyətinin Bakı şəhər Nərimanov rayın şöbəsinin sədri, şairə Şəhla xanım Şuşalı, CƏLİLABAD rayon İcma Əsaslı sosial reabilitasiya mərkəzinin işçiləri və könüllüləri, təhsil, səhiyyə, məşğulluq, daxili İşlər, sahələrinin səlahiyyətli nümayəndələri tərəfindən yaranan problemlərin həllində təklifləri dinlənilmişdir. Layihədə könüllü çalışan Musazadə Səidə və Zəkiyeva Ülkər xanım tərəfindən fəaliyyət dövründə rastlaşdıqları problemlərlə bağlı geniş çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilmişdir. Tədbirdə  Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən sosial müdafiəyə ehtiyyacı olan daha 8- nəfərin əlil arabası ilə təmin olunmasına eşitmə qüsuru olan əlil uşaqların müayinə və aparatla təmin olunmasına, bir neçə əlil ailəsinə sosial yardımların təyin olunmasına, inkuluziv təhsildən yayınan uşaqların təhsilə cəlb olunması, əlillik dərəcələrinin alınmasında çətinlik çəkən əlil uşaqların valideyinləri arasında maarifləndirilmə işlərinin aparılmasında yardımlar göstərilmişdir. İctimaiyyətlə görüş zamanı bütün müraciətlər cavablandırılaraq həlli yollarını tapmışdır. Bir neçə müalicəyə ehtiyyacı olan əlil uşaqların müalicə ocaqlarına göndərilməsi üçün lazım olan sənədlərin hazırlanması məqsədi ilə layihə üzrə çalışan əməkdaşlara layihə meniceri tərəfindən göstərişlər verilmişdir. Layihənin dəstəyi ilə az müdətdə dəstək alan uşaqların valideyinləri tərəfindən təşkilatçılara minnətdarlıq dolu çıxışlar səsləndirilmişdir.

     Sosial müdafiə- əmək və məşğulluq, siyasi və ictimai həyatda iştirak, abitasya və reablitasya, sağlamlıq, fərdi hərəkət ehtimalı-intizam, sosial həyatın toxunulmazlığı,  təhsil, sosial yardımlar, mədəni həyatda iştirak, asudə vaxtın və iştirahətin təşkili, idmanla məşğul olma və.s sahələri əhatə edir.

Məqsəd –  Xüsusi qayğıya ehtiyyacı olan uşaqların cəmiyyətə adaptasiyası , bütün insan hüquqlarını və əsas azadlıqlarını tam və bərabər həyata keçirməsini təmin etmək üçün tədbirlərin görülməsi, onların insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirməsinə və realizə etməsinə zəmanət vermək məqsədilə hərtərəfli inkişafının təmin olunması, vəziyyətlərinin yaxşılaşdırılması, hüquq və imkanlarının genişləndirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi, problemin həllinə dəstək məqsədi ilə sosial müdafiəsinin gücləndirilməsi problemlərinin təşkilidir.

 

 

 

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” cəmiyyəti:

Mətbuat xidməti



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3032 dəfə oxunub




Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib