18 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/12/2014 Nazirlik və Şura Dövlət Proqramının layihəsini müzakirə ediblər


qhtxeber.az//  Dekabrın 22-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın (2014-2025-ci illər) layihəsi müzakirə olunub.
 
qhtxeber.az-ın məlumatına görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu sayəsində böyük inkişaf yoluna çıxan, 2003-cü ildən Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sürətli tərəqqi dövrünü yaşayan Azərbaycanda demoqrafik  proseslərin də müsbət məcrada davam etdiyini vurğulayıb: “Son 20 ildə ölkəmizdə əhalinin sayı 26 faizdən də çox artaraq 9,5 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi respublikada körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb. Ölkədə son 10 il ərzində doğum səviyyəsi hər min nəfərə 13,9-dan 18,6-ya qalxıb. Bu gün əhalinin təbii artımının 1,3 faiz olduğu Azərbaycan bu sahədə  Avropada ən yaxşı göstəriciyə malikdir”.
 
S. Müslümov bildirib ki, BMT Baş Assambleyasının 1994-cü ildə Qahirədə keçirdiyi “Əhali və İnkişaf” konfransında qəbul edilmiş Fəaliyyət Proqramının prioritetləri Azərbaycanda həmin vaxtlardan etibarən ilbəil güclənən demoqrafik siyasətdə öz əksini tapıb. Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə  “Demoqrafik İnkişaf Konsepsiyası” qəbul edilib. Artıq ƏƏSMN tərəfindən ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində 2025-ci ilədək dövr üçün inkişaf istiqamətlərini müəyyən edən yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Layihə Nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) “Qanunvericilik” bölümündə yerləşdirilməklə ictimai müzakirəyə təqdim olunub. Həmçinin ötən müddətdə  aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında layihə təkmilləşdirilib”. 
 
Nazir cari ilin sentyabrında ƏƏSMN ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında imzalanan Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun digər sahələrdə olduğu kimi, yeni qanunvericilik layihələrinin təkmilləşdirilməsində də vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa şərait yaratdığını qeyd edib: “Bu görüş də əməkdaşlığımızın davamı olaraq, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi ilə bağlı birgə müzakirələrə həsr olunub. Burada vətəndaş cəmiyyətləri tərəfindən ifadə olunacaq rəy və təkliflərin bu layihənin təkmilləşdirilməsində öz rolunu oynayacağına əminəm”. 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-nin öz fəaliyyətinin bütün sahələrində vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq etməsini  yüksək dəyərləndirib. 
 
Azay Quliyev adıgedən Memorandumun ölkəmizdə dövlət orqanları ilə QHT-lər arasında ilk əməkdaşlıq sənədi olduğunu və bu sənəddən irəli gələn məsələlərin həlli ilə bağlı ƏƏSMN tərəfindən lazımi işlərin aparıldığını vurğulayıb. 
Şura sədri ölkəmizdə yaxın on ildə demoqrafiya sahəsində məqsədyönlü siyasətin həyata keçirilməsi üçün mühüm istiqamətləri müəyyən edən yeni Dövlət Proqramının təkmil layihəsinin hazırlanması üçün öz töhfələrini verəcəklərini qeyd edib.
 
Daha sonra «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsi təqdim olunub, layihə ilə bağlı rəy və təkliflər səsləndirilib.
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2528 dəfə oxunub




Flag Counter






» 17/8/2022- “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazası yaradılır

» 17/8/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyasına dəstək məqsədi ilə ictimaishura.az saytından istifadə haqqında video təlimat

» 16/8/2022- Son bir həftədə daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib

» 15/8/2022- 48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 13/8/2022- Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən 54 nəfər əlilliyi olan uşağın reabilitasiyası yekunlaşıb

» 13/8/2022- Ağalı kəndində ilk ailə təsərrüfatları yaradılıb

» 12/8/2022- 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir

» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”