20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/3/2015 2 Aprel Dünya Autizm Məlumatlandırma Günüdür.


PRESS-RELİZ

    XXI əsrin qlobal problemi hesab edilən autizm  ölkəmizdə də ən aktual bir mövzudur. Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. İctimai Birliyimiz tərəfindən əldə etdiyimiz qeyri-rəsmi statistikamıza əsasən ölkəmizdə təxmini 4000 yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyata alınmışdır. Ölkəmiz autizm sindromlu uşaqların artımına görə 2014-cü ildə dünya ölkələri sırasında 3-cü yeri tutmuşdur.Hesablamalara görə bu il uşaqlarda aşkar ediləcək autizm xəstəliyi QİÇS,diabet,və xərçəng xəstəliklərinin ümumi sayından çox olacaqdır. İctimai Birliyimiz tərəfindən aparılan irimiqyaslı “Autizm maarifləndirmə”layihələri Bakıda və regionlarda dayanmadan həyata keçirilməkdədir.

  2 Aprel Dünya Autizm Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62,139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunmuşdur.Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki,ölkəmizdə də geniş  miqyasda qeyd edilir.2012-ci ildə Heydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Bakı aprelin 2-də Beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır”aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuş və Milli Parkdakı binalardan biri Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılmışdır.2013-cü ildə isə H.Əliyev Fondu,UNİCEF və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin  birgə layihəsi əsasında Bakı Four Seasons Oteli mavi işıqla işıqlandırıldı.Artıq dördüncü  ildir ki,həyata keçirilən “Mavi işıqla işıqlandır” “aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür.Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan binalarının birini mavi işıqla işıqlandırırlar.

     İctimai Birliyimiz artıq bir neçə ildir ki,2 Aprel Dünya Autizm Günü ilə əlaqədar olaraq geniş tədbir keçirərək  autizm sindromu haqqında , bu sindromla mübarizə yolları, valideynlərə düzgün istiqamət göstərmək, autizmli uşaqların sosiallaşması üçün cəmiyyətin onlara münasibəti , xəstələrə dövlət tərəfindən nəzarətin hansı səviyyədə olunduğu və s. məsələlər haqda geniş müzakirələr aparmışdır.

      2 Aprel Autizm Məlumatlandırma Günü ilə əlaqədar  saat 11.00-da İctimai Birliyimizdə geniş tədbir keçiriləcək.Tədbirə dövlət qurumlarının nümayəndələri,QHT-rəhbərləri,valideynlər və KİV-nümayəndələri dəvət olunmuşdur.

 

Gəlin, həmin gün autizmli uşaqlarla birgə olaq!  

 

 

Tədbirin keçiriləcəyi ünvan:

Suraxanı rayonu,Qaraçuxur qəs. Yeni Günəşli yaylası,Döngə 2,ev 31

(“Altun” restoranının və “Xəzər “marketin  yaxınlığı)

Əlaqə tel:012477 06 66,(055)347 99 51

 

xidməti              Azərbaycan Respublikası Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyinin  Mətbuat xidməti       27.03.2015

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3676 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib