23 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/6/2015 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (ƏCİİB) növbəti tədbiri


 Təhsil Problemləri İnstitutunda (TPİ) “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihəsi çərçivəsində “Zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda seminar keçirilib.
 
qhtxeber.az-ın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən seminarda institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov son illər ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. 
 
O, sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsinin orta ümumtəhsil məktəblərində daim diqqət mərkəzində olduğunu deyib: “Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında elmin, təhsilin və tərbiyənin rolu böyükdür, bu uşaqlar dövlət qayğısı ilə əhatə olunub. Bu istiqamətdə bir sıra dövlət sənədləri imzalanıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir”.
 
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Rasimqızı seminarın əsas məqsədinin eşitmə və nitq qüsurlu uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi prosesinin sürətləndirilməsi, mövcud problemlərin optimal həll yolları və qabaqcıl təcrübənin öyrənilməsi olduğunu vurğulayıb. 
 
Layihənin aktuallığı və əhəmiyyətindən söz açan R. Rasimqızı rəhbərlik etdiyi qurumun gördüyü işlər, qarşıya qoyduğu məqsədlər barədə də danışıb. Ölkə üzrə statistik göstəriciləri diqqətə çatdıran qurum sədri sağlamlıq imkanları məhdudluğu müəyyənləşdirilmiş 62 mindən çox uşağın 1204 nəfərinin eşitmə qabiliyyətinin tamamilə olmadığını, 3329 nəfərdə bunun zəif olduğunu, 6152 nəfərin nitq qabiliyyətində müəyyən problemlərin mövcudluğunu bildirib. Bu qəbildən olan şəxslərin reabilitasiyası və məktəbəqədər təhsili üçün zəruri şəraitə malik müasir reabilitasiya və təhsil müəssisələrinə ehtiyac olduğu vurğulanıb.
 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov 18 iyun – İnsan Hüquqları Günü və Ombudsman tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseynova inklüziyanın bütün təhsil pillələrində əks olunacağı təqdirdə cəmiyyətdə maariflənmənin əhəmiyyətindən danışıb. 
 
Seminarda Almaniyanın Frankfurt Mayn Universiteti Klinikasının aparıcı mütəxəssisi, şöbə rəhbəri Murad Şıxəliyev “Ağır dərəcəli eşitmə zəifliyi olan uşaqların inklüziv təhsil imkanlarının artırılmasında koxliyar implantasiya (daxili qulağın protezləşdirilməsi) əməliyyatının rolu və əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanda eşitmə ilə bağlı problemlər və onların qarşısının alınması istiqamətində görüləcək işlər, qulaq xəstəliklərinin növləri, müxtəlif yaşlarda eşitmənin dərəcəsi, eşitmə sistemləri, eşitmə cihazları, orta qulaq implantatlari, sümük keçiriciliyi ilə eşitmə cihazları, Koxlear implantasiya barədə maraqlı məlumatlar verib, iştirakçıların suallarını cavablandırıb. 
 
Sonra bu sahə üzrə mütəxəssislərin “Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqlarda inklüziv təhsil: mövcud çətinliklər, səbəbləri və həlli yolları”, “Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqlar üçün tədris proqramlarının və dərs vəsaitlərinin hazırkı vəziyyəti”, “Məktəbəqədər inklüziya: reallıqlar və perspektivləri”, “Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyasında və inklüziv təhsil imkanlarının artırılmasında müəllim-valideyn əməkdaşlığının rolu” mövzularında təqdimatları olub. 
 
Tədbirdə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən bir qrup fəala diplom və təşəkkürnamələr təqdim edilib.Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3015 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- Ötən il gecikdirilmiş 1257,4 min manat sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

» 15/1/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.

» 15/1/2022- Keçən il pensiya olaraq 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib

» 14/1/2022- İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib.

» 14/1/2022- Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb

» 14/1/2022- Yaxın zamanlarda QHT-lərlə bağlı prosedur da hazır olacaq, QHT-lərlə əməkdaşlıq istiqamətində yeni prosedur hazırlanır.

» 13/1/2022- Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

» 12/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2022- Azərbaycanda Amerika Ticarət Palatası üzvləri ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2022- Ötən il 62 min şəxsə əlillik və sosial ödənişlər təyin olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq növlərində təlim kursları təşkil olunur

» 9/1/2022- Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişlənəcək