23 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/6/2015 Əlil Sahibkarlar - təlimdən təcrübəyə


“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi (“ƏST”İB) 25.06.2015 – ci il tarixdə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlillərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi məqsədi ilə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində layihəyə cəlb edilmiş əlillər Sumqayıt şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əlilliyi Olan Şəxslərə məxsuc müəssisələrə ekskursiyaya aparılmışlar. Bu da onların praktiki olaraq, təlim seminarlar zamanı əldə etdikləri biliklərinin real həyatda gördükləriylə daha dərindən mənimsəyib, dərk etmələrində və gələcəkdə qədəm qoymaq istədikləri sahibkarlıq, biznes mühitində özünəinam hisslərinin formalaşmasında əhəmiyyətli rol oynamış olacaq. 
Ekskursiya zamanı kiçik və orta sahibkarlıq subyekti kimi nümunəvi işini qura bilmiş əlil sahibkarlara məxsus bir neçə müəssisələrin fəaliyyəti öyrənilmiş və bunlardan ikisi layihə iştirakçılarında daha xoş və fərqli təəssüratlar yaratdığı üçün onlar haqqında daha geniş məlumat vermək istərdik.
Sumqayıt şəhər, 2 – ci mikrorayon ərazisində yerləşən , Abbas Əliyevə məxsus “ABBAS MARKET” satış ticarət məntəqəsində əlillərimizi təmiz uniformalarda qarşılayan gülər üz satıcıların canıyananlığı və marketin içində höküm sürən səliqə - səhman ilk andan satıcı mədəniyyətinin varlığından, peşəkarlıq səviyyəsindən xəbər verirdi. Marketin işçi personalı alıcılara nümunəvi xidmətin göstərilməsi və alıcı məmnunluğunun qazanılması kimi əhəmiyyətli peşəkar vərdişlərinin sirlərindən söz açmış. Kassa aparatlarında əqdlərin qeydiyyatı prosesini əyani nümayiş etdirmiş, satış üçün daxil olmuş malların qəbulu, anbarlaşdırılması, satış rəflərində düzgün yerləşdirilməsi və düzülüşü, keyfiyyətli müştəri xidmətlərinin təşkili, mühasibat – uçot sənədlərinin düzgün tərtibi və s. zəruri olan əməliyyatları əyani nümayiş etdirmiş. Marketin sahibi Abbasov İlyas sahibkarlıq fəaliyyətinə başladığı ilk anlarda qarşılaşdığı çətinliklər və onların həlli yolları barədə keçdiyi təcrübi bilgiləri bölüşməklə yanaşı, uğurlu biznesinin təşkili üçün işini yeni qurmaqda qərarlı olan iş adamların xüsusi diqqət yetirməli olduqları sahə və əməliyyatlar barəsində ətraflı məlumat vermiş və layihə iştirakçılarımızı maraqlandıran bəzi sualları cavablandırmışdır.”ABBAS MARKET” – də keçirdiyimiz səmərəli anlardan məmnun layihə iştirakçıları daha sonra , marketin yüksək peşəkarlıq xidmətlərindən yararlanaraq növbəti məntəqəyə yollanmışlar.
Ekskursiyada iştirakçılarının ziyarət etdiyi növbəti məkan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən, Qarabağ müharibə veteranı, 2-ci qrup əlil Mübariz Hacı oğlu Əliyevə məxsus “TURAN” restoranı oldu. Restoranın ərazisi müştərilərin vaxtlarını səmərəli keçirmələri üçün zövqlə süslənmiş, ərazidə olan bitki və dekorativ ağaclara qulluq olunmasiyla yanaşı, müxtəlif dekorativ bəzək bitkiləriylə bolluca bəzədilmişdi. Müştərilərin mədəni istirahəti və sağlam qidalanmaları üçün təqdim olunan menyuda təklif olunan bişmiş və xörək növləri hər zövqü oxşaya biləcək çeşidlərin rəngarəngliyi ilə seçilirdi. Xidməti heyətin müştərilərlə xoş rəftarı və yüksək standartlardan xəbər verən xidmət səviyyəsi , səliqə səhmanı ilk andan diqqəti cəlb edirdi. Qonaqların sayından və istəyindən asılı olaraq müxtəlif ölçülü zal və hücrələrdə yaradılan şərait və hormoniya sahibkarın öz işinə bağlılığını büruzə verirdi. Xidmət heyəti ilə yanaşı, restoranın sahibi, Mübariz Quliyevlə iaşə xidməti sahəsində öz biznesini qurmaq istəyən insanların qarşılaşa biləcəyi çətinliklər və özünəməxsus özəllikləri barədə geniş söhbət etdik. Daha sonra, əməli saleh və iman əhli olan Hacı Mübariz əlillərimizi iftar süfrəsinə dəvət etdi. 
Bu günki tədbirin təşkilində və icrası boyunca layihə iştirakçılarını müşayiət edən və dəyərli məsləhətləriylə onların daha dərindən maariflənmələrinə şərait yarada Azər Babayevin səmimiyyəti, canıyananlığı və isti münasibəti onun yüksək şəxsi insani keyfiyyətlərindən və təmsil etdiyi Vergilər Nazirliyində, möhtərəm prezidentimiz, cənab İlham Əliyevin Əlilliyi Olan İnsanlarımıza bəslədiyi isti münasibətin və daxili dövlət siyasətinin davamı olan abu havanın höküm sürdüyündən xəbər verirdi.
Eynilə tədbirə Avropa oyunlarına dəstək kaolisiyasının Mətbuat Xidmətinin rəhbəri, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədrinin müavini, Milli Qəhrəman Mübariz İbrahimov adına Gənc Nəqliyyatçılar klubunun sədri Fuad Rəsul, “Əlil Qadınlar Cəmiyyətinin” Sumqayıt Regional şöbəsinin sədri Səbinə Kərimova və KİV nümayəndələri də qatılmışlar.
“ƏST” İB Mətbuat Xidməti.

Mirze Memmedveliyev adlı birinin şəkli.
Mirze Memmedveliyev adlı birinin şəkli.
Mirze Memmedveliyev adlı birinin şəkli.
Mirze Memmedveliyev adlı birinin şəkli.
 
Mirze Memmedveliyev adlı birinin şəkli.
Mirze Memmedveliyev adlı birinin şəkli.
Mirze Memmedveliyev adlı birinin şəkli.
Mirze Memmedveliyev adlı birinin şəkli.
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2401 dəfə oxunub




Flag Counter






» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- Ötən il gecikdirilmiş 1257,4 min manat sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

» 15/1/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.

» 15/1/2022- Keçən il pensiya olaraq 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib

» 14/1/2022- İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib.

» 14/1/2022- Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb

» 14/1/2022- Yaxın zamanlarda QHT-lərlə bağlı prosedur da hazır olacaq, QHT-lərlə əməkdaşlıq istiqamətində yeni prosedur hazırlanır.

» 13/1/2022- Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

» 12/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2022- Azərbaycanda Amerika Ticarət Palatası üzvləri ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2022- Ötən il 62 min şəxsə əlillik və sosial ödənişlər təyin olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq növlərində təlim kursları təşkil olunur

» 9/1/2022- Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişlənəcək