23 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/7/2015 "Liderlik bacarıqları, liderliyin xüsusiyyətləri, icma daxili liderlik və liderlik resurları”


“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində c adlı layihəsini həyata keçirir. Əsas  məqsədi aztəminatlı əhalinin sosial hüquqlarla bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və  onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarət olan layihə çərcivəsində sosial məsələlər üzrə hüquq klinikasınada aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi həyata keçirilir. 6 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində həm də  gənc hüquqşünas kadrlar və layihənin könüllüləri üçün “Aztəmınatlı əhalinin pozulmuş sosial hüquqlarinin məhkəmə qaydasında müdafiəsinin prosessual formaları” mövzusunda silsilə təlimlər təşkil edilir. Növbəti təlim "Liderlik bacarıqları, liderliyin xüsusiyyətləri, icma daxili liderlik və liderlik resurları” mövzusunda 04 iyul 2015-ci il tarixində SHAİB-nin sosial məsələlər üzrə hüquq klinikasının təlim zalında keçirilmişdir. Təlimin məqsədi layihəyə cəlb edilmiş könüllülər, eləcədə QHT nümayəndələrinə sosial hüquqların məhkəmə və məhkəmədənkənar müdafiəsi barədə biliklərin verilməsi və bacarıqların formalaşmasıdır. Təlim layihənin könüllüləri və əlil təşkilatlarının nümayəndələri üçün nəzərdə tutulmuşdur. Təlimi giriş sözü ilə açan SHAİB-nin sədri, layihənin koordinatoru, prof. Mayis Əliyev “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” layihəsi və sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyət prinsipləri haqqında, layihə başladıqdan sonrakı müddətdə müraciətlər və onların mahiyyəti barədə məlumat vermişdir. Təlimi aparan Elmir Valehli slaydlar vasitəsilə interaktiv metodlarla liderlik bacarıqları, liderliyin xüsusiyyətləri, icma daxili liderlik və liderlik resurları haqqında  məlumatlar vermişdir.  Sonra layihənin könüllüsü Zeynəb Qənbərova "SHAİB-in sosial məsələlər üzrə Hüquq Klinikasına aztəminatlı əhalinin müraciətlərinin təsnifatı və onların həllinin icrası vəziyyəti"  mövzusunda məruzə ilə çıxış etmişdir.  Tədbirin sonunda təlimin mövzusu ilə bağlı məsələlər, eləcədə hüquq klinikasına müraciət etmiş şəxslərin mübahisəli məsələləri  geniş şəkildə müzakirə edilmişdir.  Müzakirələrdə layihənin hüquqşünas-ekspertləri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü  Teymur Əhmədov, Kamran Ağamalıyev, İstedadlı Əlillər İctimai Birliyinin koordinatoru Səfa Salmanova çıxış etmişlər. Təlimdə iştirak edən dinləyicilər və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Elnur Bağırlı təlimin yüksək səviyyədə təşkil edildiyini vurğulamışlar. SHAİB sosial məsələlər üzrə hüquq klinikasında aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidməti göstərməyini davam etdirir və əhaliyə sosial hüquqlarının  müdafiəsi ilə bağlı Bakı şəhəri Süleyman Rüstəm küçəsi 33/93 ünvanına müraciət etməyi xahiş edir. Müraciət etmək istəyənlər lahiyə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: aliyev_ulvi_89@mail.ru).

 

Təşkilat haqqında

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdı. Təşkilatın  əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. SHAİB QHT 3 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası milli Qeyri Hökümət Təşkilatları Formuna, 17 oktyabr 2012-ci ildə isə Əlil Təşkilatları İttifaqına üzv qəbul olunmuşdur.

Daha ətraflı: www.rsr.az ,www.udpo.az

                                                                                                            SHAİB-in mətbuat xidməti

Liderlik bacarıqları, liderliyin xüsusiyyətləri, icma daxili liderlik və liderlik resurları

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4337 dəfə oxunub




Flag Counter






» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- Ötən il gecikdirilmiş 1257,4 min manat sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

» 15/1/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.

» 15/1/2022- Keçən il pensiya olaraq 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib

» 14/1/2022- İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib.

» 14/1/2022- Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb

» 14/1/2022- Yaxın zamanlarda QHT-lərlə bağlı prosedur da hazır olacaq, QHT-lərlə əməkdaşlıq istiqamətində yeni prosedur hazırlanır.

» 13/1/2022- Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

» 12/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2022- Azərbaycanda Amerika Ticarət Palatası üzvləri ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2022- Ötən il 62 min şəxsə əlillik və sosial ödənişlər təyin olunub

» 11/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq növlərində təlim kursları təşkil olunur

» 9/1/2022- Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişlənəcək