20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/9/2015 Səlim Müslümov: “Cənab Prezidentin 14 sentyabr 2015-ci il tarixli Fərmanı Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə əsaslı təminat yaradır”


15.09.2015
 

Səlim Müslümov: “Cənab Prezidentin 14 sentyabr 2015-ci il tarixli Fərmanı Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə əsaslı təminat yaradır” (VİDEO)

 

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar görüləcək işlərə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) mətbuat konfransı keçirilib. 
   Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, son illərdə nazirlik tərəfindən aparılan islahatların mühüm bir istiqamətinin tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılmasına, bu sahədə müasir fəaliyyət sisteminin formalaşdırılmasına yönəldiyini vurğulayıb: “İlk növbədə əlilliyin təyinatına nəzarətin gücləndirilməsi təmin olunub ki, nəticədə respublikada əlilliyin intensivlik göstəriciləri azalmağa başlayıb.  Ötən il ölkədə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3937 nəfər azalıb. Cari ilin birinci yarısında isə bu azalma müvafiq olaraq 3600 nəfər və 3 min nəfər təşkil edib. Ümumilikdə respublikada tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün də işlər görülür”.
   S.Müslümov son illərdə əlillik təyinatlarının avtomatlaşdırılması işlərinə də başlandığını, yeni elektron informasiya sisteminin əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinə imkan verdiyini qeyd edib: “Cənab Prezidentin 14 sentyabr 2015-ci il tarixli Fərmanı Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə əsaslı təminat yaradır. Fərmanın məqsədi vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. Bu sənədlə qarşıya qoyulan vəzifələrdən biri kimi, ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılacaq. Fərmana əsasən, Nazirlik üç ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə edəcək. Həmçinin vətəndaşların müraciətləri, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatlar elektron şəkildə real vaxt rejimində TSERAS-a ötürüləcək. Digər tərəfdən, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları əldə edə bilmələri üçün müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə TSERAS-a çıxışı təmin olunacaq”.
   Nazir Fərmana uyğun olaraq, səhiyyə, habelə rabitə və yüksək texnologiyalar nazirliklərinin də müvafiq işləri yerinə yetirəcəklərini diqqətə çatdırıb: “Sənəddə Səhiyyə Nazirliyi tərəfindən iki ay müddətində şəxslərin əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin yaradılması və ƏƏSMN-nin “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışının təmin edilməsi nəzərdə tutulur. Bu göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə edilə bilməsi üçün Səhiyyə Nazirliyi müvafiq informasiya-proqram resurslarını “Elektron hökumət” portalına əlavə edəcək. Həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına isə tapşırılır ki, həmin göndərişləri rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil etsinlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə iki ay müddətində qeyd olunan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını, müvafiq dövlət qurumlarına onlardan istifadə edə bilmək imkanının yaradılmasını, habelə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin edəcək”.
   S.Müslümov bildirib ki, aparılan təhlillər reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə (I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə) təkrar əlillik üçün müraciət etmələrinin həm bu kateqoriyadan olan vətəndaşlar arasında narazılığa səbəb olduğunu, digər tərəfdən bu sahədə məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini artırdığını göstərir: “Azərbaycan Prezidentinin Fərmanı bu sahədə cox uğurlu islahata şərait yaradır. Belə ki, Fərmana əsasən, Nazirlər Kabineti birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması və təkrar müayinə sayının azaldılması nəzərdə tutulmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edəcək. Beləliklə də bir il ərzində təkrar əlillik müayinələrindən keçən vətəndaşların sayının 275-280 min nəfərdən 35-40 min nəfərə qədər azalmasına, bununla da əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına nail olunacaq”.  Bu islahat tədbiri ilə bağlı bir sıra işlərin görüləcəyini qeyd edən nazir müvafiq dövlət qurumları ilə birgə və səmərəli fəaliyyət nəticəsində Fərmanın icrası işlərinin uğurla və vaxtlı-vaxtında yerinə yetiriləcəyinə əmin olduğunu vurğulayıb.
   Konfrans KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.

 
 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2598 dəfə oxunub




Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib