08 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/11/2015 “Avropanın Azərbaycana ikili standart siyasəti israilli ekspertlərin gözü ilə” mövzusunda konfrans keçirilib


Beynəlxalq Diaspor Mərkəzi (BDM), “Safadi” adına Beynəlxalq Diplomatiya Akademiyası və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Avropanın Azərbaycana ikili standart siyasəti israilli ekspertlərin gözü ilə” mövzusunda konfrans keçirilib. Konfransda Türkiyə, Gürcüstan, Rusiya, İsrail və başqa ölkələrdən gələn qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev çıxışında bildirib ki, "Biz Beynəlxalq Diaspor Mərkəzi olaraq dəfələrlə Avropanın ölkəmizə qarşı ikili standartlarla yanaşmasına, qərəzli qətnamələr qəbul etməsinə etiraz olaraq həm ölkədə, həm də ölkədən kənarda müxtəlif aksiyalar, konfranslar keçirmişik. Təəssüflər olsun ki, özünü “ədalət carçısı” adlandıran və insan haqlarını müdafiə etdiyini bildirən Avropa Azərbaycan xalqına edilən haqsızlıqlara göz yumur. Azərbaycanın lehinə qəbul olunan qətnamələrin yerinə yetirilməsinə mane olur. 
 
Azərbaycanın torpaqları işğal olunanda, Qərbi Azərbaycandan, öz ata-baba yurdlarından azərbaycanlılar deportasiya ediləndə, Xocalıda ermənilər soyqırım törədəndə "ədalət carçısı", "insan haqları müdafiəçisi" olan Avropa nəyə görə səsini çıxarmadı?". İsrailin "Safadi" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri Mendi Safadi öz çıxışında İsrailin daim Azərbaycanı dəstəklədiyini, Avropanın Azərbaycanın daxili işlərinə qarışmağa haqqı olmadığını, Azərbaycanın tolerant və demoktarik bir dövlət olduğunu bildirib. O həmçinin qeyd edib ki, "Mən gələn həftə Amerikada beynəlxalq konfransda çıxışımda bu mövzuya geniş yer ayıracağam." Konfransda iştirak edən Türkiyənin Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) sədri Göksəl Gülbəy öz çıxışında bildirib ki, "Hal-hazırda Avropa tərəfindən Azərbaycana qarşı gözlə görüləcək dərəcədə təziq var. Qəbul etdikləri hər qətnamə və qərarda Azərbaycanı gözdən salmağa çalışırlar. Lakin biz qardaş ölkə olaraq daim Azərbaycanın yanındayıq və onlara Azərbaycanı əzmələrinə izin verməyəcəyik". 
 
Daha sonra çıxış edən Milli Məclis Aparatının Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev bildirib ki, "Biz müasir, sivil və demoktarik dövlət olduğumuzu hər zaman bütün dünyaya bəyan edirik. Lakin Avropa hər kiçik məsələyə görə Azərbaycana qarşı qərəzli çıxışlar edir, qətnamələr qəbul edir. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi artıq iflasa uğrayıb." 
 
Tədbirdə həmçinin çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri,akademik Natiq Bədəlov, Beynəlxalq İnsan Hüquqları Komitəsinin inspektoru, ekspert Firdovsi Ələkbərov, İsrail Hərbi Əlillərin Qeyri-Yəhudi Sektorunun sədri Samir Masalha, Gürcüstan- Azərbaycan Dostluq Evinin rəhbəri Georgi İvenaşvili, BDM-in Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri Aleksandr Şapiro Suliman, "Əlil Sahibkarlar Təşkilatı" İB-nin sədri Mirzə Məmmədvəliyev də öz çıxışlarında Avropanın daim Azərbaycana qarşı birbaşa qərəzli mövqe tutduğunu və ədalətsizlik etdiyini bildiriblər. Sonda bir qrup şəxs fəxri diplom və hədiyyələrlə təltif edilib. 
 
Əlil Təşkilatları İttifaqı Davud Rəhimli

 


Beynəlxalq Diaspora Mərkəzi  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2485 dəfə oxunub




Flag Counter






» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb

» 1/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/7/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib

» 30/7/2022- “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib

» 29/7/2022- Nazir Sahil Babayev Qobustan rayonunda vətəndaşları qəbul edib