11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/11/2015 Vətəndaş cəmiyyəti forumu


26 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Hilton hotelində ölkə QHT-lərinin Ümumrespublika Forumunu keçirib. Toplantıda giriş sözü ilə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun ənənəvi olaraq hər il maliyyə yardımı müsabiqəsi elan etməzdən öncə ictimai dinləmələr təşkil etdiyini bildirib: “Forumun əsas məqsəd Şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı ictimai dinləmələr keçirmək, QHT-lərin rəy və təkliflərini öyrənməkdir”.


Şuranın 2015-ci ildə dəstəklədiyi layihələrə toxunan Azay Quliyev bildirib ki, cari ildə Şuraya ayrılan vəsaitdən olduqca qənaətlə istifadə olunub. "Belə ki, QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda Şura və Katibliyin saxlanma xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1.927.788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb".

Forumda çıxış edən Katibliyin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016 - cı il maliyyə müsabiqəsinin mövzuları, ictimai aktuallıq kəsb edən məsələlər, problemlərin müəyyən edilməsi və onların həlli yolları, təsvir və təqdimetmə qaydaları haqqında ətraflı təqdimatla çıxış edib. F. Qurbanov cari ildə həyata keçirilən layihələrin icra vəziyyəti və hesabatlılıq məsələlərinə də toxunub: “Katiblik layihələrin icrasına nəzarəti daim təkmilləşdirir və QHT-lərin fəaliyyətinin qanunauyğun qurulması üçün zəruri tədbirlər görür. Təəssüf ki, əldə olunan müsbət nəticələrə baxmayaraq hələ də bir sıra QHT-lərin müqavilə öhdəliklərinin icrasında ciddi problemlər müşahidə olunmaqdadır. Şuranın Katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görmüş və onlar haqqında müxtəlif qərarlar qəbul etmişdir. Belə ki, 89 yerli və xarici QHT-dən 135.843 manat vəsait tutulmuşdur. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək”.

Toplantıda 40-dan artıq QHT rəhbəri çıxış edib. Ülkər Abdullayeva, Umud Rəhimoğlu, Ələkbər Seyidov, Ceyhun Musaoğlu, Ceyhun Abbasov, Fatima Ağamirzəyeva, Sahib Məmmədov, Davud Rəhimli, Südabə Məmmədova, Rauf Zeyni, Əkrəm Baydəmirli, Niyaməddin Orduxanlı, Şəmsəddin Əliyev, Sevil Yusifova, Sevda Tahirli, Dadaş Quliyev, Həsən Şıxəliyev, Eyyub Hüseynov, Radə Abbas, Əzizağa Qənizadə, Mətanət Əsgərqızı və digərləri cinayətkarlığın baş verməsini törədən səbəblərin araşdırılması, insan alveri, yerli təşkilatların xarici QHT-lərlə təcrübə mübadiləsinin təşkili, milli-mənəvi dəyərlərimizin təbliği, sosial çarxların hazırlanması, korrupsiyaya qarşı mübarizə, sərhədyanı rayonlarda maarifçiliyin artırılması, regionlarda məşğulluğun yüksəldilməsi və digər mövzularla bağlı rəy və təkliflərini səsləndirib, ictimai aktuallıq kəsb edən məsələlərlə əlaqədar fikirlərini bildiriblər.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2259 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi