20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/5/2016 Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı


Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1303252 nəfərdir

 

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cari ilin 01 aprel tarixinə olan məlumatına əsasən, ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1303252 nəfər təşkil edir. Onlardan 536659 nəfəri kişi, qalanları qadınlardır. 
   Əmək pensiyası ilə təmin olunanların 781576 nəfəri yaşa görə, 375884 nəfəri əlilliyə görə, 145792 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində cari ildə də müvafiq addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Habelə dövlət başçısının müvafiq  Sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılması həyata keçirilib. 
   Beləliklə, məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Bu göstəricilər ölkə üzrə əməkhaqlarının orta aylıq məbləğinə nisbətdə  müvafiq olaraq 40,2 faiz və 44,6 fazi təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2054 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib