23 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/5/2016 “Layihə Univerisiteti”nin təlimi davam edir


“Layihə Univerisiteti”nin təlimi davam edir

İstedadlı Əlillər ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabiltasiya Mərkəzinin təşkilatı dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində Mərkəzin üzvlərinə “Layihə Univerisiteti”nin  təlimi davam edir. Təlim kurslarında 20 nəfər iştrakçılara layihə yazmağın qaydaları öyrədilir.

Təlim-kursları təşkil etməkdə məqsəd fiziki məhdud gənclərin həyata keçirtmək istədikləri ideyalarını sərbəst qaydada layihə şəkilində gerçəkləşdirmələrinə dəstək olmaqdır. Belə ki, iştrakçılar gələcəkdə fərdi qaydada layihə müsabiqələrində iştrak edərək arzu və ideyalarını reallaşdıracaqlar.

Təlim kurslarda əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihə qaydalarının şərtləri və prinsipləri iştrakçılara öyrədilir. Təlim kurslarının nəticələrinin iştrakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq və təsvir etdiyi problemin həllinə tərtib etdiyi layihə çərçivəsində nail olacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştrakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək. Təlim kursları ilkin mərhələdə iki ay olacaq”. Kursları layihənin təlimçisi Səbinə Kərimova təlim edir. Təlimin yekununda iştrakçılara sertifkatlar veriləcək.

Layihə rəhbəri: Cavad Qasımov

Təlimçi: Səbinə Kərimova

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2541 dəfə oxunub




Flag Counter






» 22/6/2021- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna və digər əlaqədar qanunlara dəyişikliklər olunub

» 22/6/2021- BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub

» 22/6/2021- Vətən müharibəsinin artıq 700-dək qazisinə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub

» 21/6/2021- Nazir Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət etdi - Video

» 21/6/2021- Əsassız əlillik təyin edənlərlə bağlı ciddi tədbirlər görülür

» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?