04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/5/2016 “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”


  Bu gün Meqafun Əyləncə Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi, Milli ParalimpiyaKomitəsinin və Azərbayraq şirkətinin təşkilatı dəstəyi ilə Əlil İdmançılara Dəstək İctimai Birliyi “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə” layıhəsi çərçivəsində Bakıda əlil arabası istifadəçiləri arasında Boulinq üzrə IV Açıq Azərbaycan çempionatı keçirilmişdir. Yarışda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Şuranın nümayəndəsi Həsən Səmədov və Azərbayraq şirkətinin vitse-prezidenti Şahin Qardaşlı iştirak etmişlər. Yarışa Milli Paralimpiya Komitəsinin müxtəlif idman sahələri üzrə paralimpiyaçıları və qeyri paralimpiya idman növlərinin idmançıları qatılmlşlar. Kişilər arasında 21, qadınlar arasında isə 8 idmançı öz güclərini sınamışlar.
3 saatlıq gərgin mübarizədən sonra qadınlar arasında Bahar Şıxıyeva 1-ci, Gülnaz Hidayətova 2- ci, Azadə Abdullayeva isə 3-cü yerə sahib olmuşlar. Kişilər arasında Amid Həsənquliyev 1-ci yerə çıxaraq İkiqat Azərbaycan çempionu adına layiq görülmüşdür. Elçin Bayramov 2- ci, Elvin Astanov isə 3-cü yerə sahib olmuşlar.
Qaliblər kubok, medal, diplom və LİLAC şirkəti tərəfindən gül dəstəsi ilə mükafatlandırılmışlar.
Yarışın 1-ci və 2-ci yerin qalibləri 26 iyun 2016-cı il tarixində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcəklər.
Yarışın açılışında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Komitənin məsul şəxsləri və QHT rəhbərləri iştirak etmişlər

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4215 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü