01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/6/2016 İctimai Şuranın cari ildə gördüyü işlər müzakirə olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın cari ildə gördüyü işlər müzakirə olunub

 

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura növbəti iclasını keçirib. 
   İclasda Şuranın fəaliyyətə başladığı dövrdən ötən yarımillik dövrdə gördüyü işlərə dair hesabat təqdim edilib. Şuranın sədri Mayis Əliyev bu dövrdə Şura tərəfindən 3 iclasın, 2 görüşün, 2 ictimai müzakirənin keçirildiyini, 5 normativ hüquqi akta rəy verildiyini diqqətə çatdırıb. Hesabat qənaətbəxş hesab  edilib. Həmçinin Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupunun gördüyü işlər müzakirə olunub, məşğulluq məsələləri üzrə təkiflər verilib. 
   Tədbirdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası insan hüquqları sahəsində qanunvericiliyin inkişafında yeni mərhələ kimi” mövzusunda respublika konfransının keçirilməsinin təşkilati məsələləri də nəzərdən keçirilib. Fəaliyyət planına uygun olaraq cari ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan konfransın təşkilat komitəsi yaradılıb. İctimai Şuranın üzvləri “İctimai iştirakçılıqla bağlı sənədlər Toplusu”nun  hazırlanması və digər  məsələləri də müzakirə ediblər. 
   Qeyd olunub ki, sosial müdafiə tədbirlərində ictimai iştirakçılığın genişləndirilməsi  məqsədilə Şura tərəfindən bir sıra təkliflər  hazırlanaraq təqdim olunacaq. Həmin təkliflər əmək, məşğulluq,  sosial müavinətlər, sosial yardım, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial xidmət sahələrini əhatə edəcək. Həmçinin bu təkliflərdə İctimai Şuranın fəaliyyətinin daha da təkmil bir şəkildə qurulması məsələsi də əksini tapacaq.

 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2271 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!