01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/6/2016 Əlillərə təmannasız hüquqi və psixoloji yardım.


Əlillərə təmannasız hüquqi və psixoloji yardım.

Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən  “Sağlamlıq imkanları məhdud olan insanlara dəstək”  layihəsini artıq ikinci aydır ki, uğurla davam etdirir. Bu barədə məlumatı VFHM İctimai Birliyinin sədri Qarabağ müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev verib. Cəmiyyət sədrinin verdiyi məlumata görə, icrasına mayın 15-də başlanılan layihəyə əlillər tərəfindən maraq gözlənildiyindən də böyükdür. Ötən vaxt ərzində layihəyə cəlb edilən hüquqşünas və psixoloq gündəlik müraciət edən bütün sağlamlıq imkanları məhdud olan əlillərə psixoloji və hüquqi yardımlar göstərməkdə davam edirlər.

Layihə rəhbəri Dadaş Quliyev sağlamlıq imkanları məhdud olan vətəndaşlara müracət edib: “Bütün əlillər layihə çərçivəsində bizə müraciət edə bilərlər. 23 iyun səhər saat 10:00-dan etibarən peşəkar hüquqşünas olan ədliyyə mayoru Telman Cəbrayıloğlu növbəti dəfə əlillərə hüququ yardım göstərəcək. Bizim layihənin psixoloqu Elxan Xanəlizadə müraciət edən vətəndaşların hamısını dinləyərək, hamıya psixoloji dəstək olacaq. Bir daha təkrar edirəm ki, biz layihə müddətində bütün müraciət edənlərin hamısına təmannasız hüquqi və psixoloji yardımlar edirik”.

Qeyd edək ki, Cəmiyyət Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 96 ünvanında (metronun Nizami stansiyası ilə Təzə Bazar arasındakı Anadolu Türk Liseyinin yanı) yerləşir. Müraciət edəcək vətəndaşlardan xahiş olunur ki, əvvəlcədən 012-596-87-40 və ya 055-266-78-09 nömrələrinə zəng edərək, onları maraqlandıran sualları versinlər.  

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2542 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!