XƏBƏRLƏR




- 28/6/2016 Əlillərlə Bakı Bulvarında görüş keçirilib.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Əlillərlə Bakı Bulvarında görüş keçirilib.
Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Sağlamlıq imkanları məhdud olan insanlara dəstək” layihəsini davam etdirir. İyunun 26-da Bakı Bulvarında İctimai Birliyin sədri və layihə rəhbəri, hüquqşünas Dadaş Quliyev, layihənin hüquqşünası, ədliyyə mayoru Telman Cəbrayıloğlu, psixoloqu, ssenarist-rejissor Elxan Xanəlizadə, könüllü iştirakçılar Ayna Seyfullayeva və İsa Abdulla əlillərlə görüşüblər. Vətən müharibəsinin veteranı, I qrup əlil Dadaş Quliyev görüş iştirakçıları olan əlilləri salamlayaraq, layihə haqqında ətraflı məlumat verib.
Daha sonra hüquqşünas Telman Cəbrayıloğlu və psixoloq Elxan Xanəlizadə Bakı Bulvarına gələn əlillərlə söhbətləşərək, onları narahat edən problemlərlə bağlı fikir mübadiləsi aparıblar. Əlillərin formalaşdırdığı “Uzun incə bir yol” Təşəbbüs Qrupunun üzvləri VFHM İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində müvafiq dövlət və hökumət orqanlarına müraciət, təklif və xahişləri qeyd olunmaqla ərizələr yazıblar. Görüşdə iştirak edənlərin əksəriyyəti I qrup əlil olmaqla yanaşı, hərəkət məhdudiyyətli vətəndaşlar olub.
Bu xəbər 2000 dəfə oxunub