20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/10/2016 “Zorakılıqsız həyat naminə”


Şuranın dəstəyi ilə Quba rayonunda maarifləndirmə

tədbiri keçirilmişdir

 

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində uşaqların, valideynlərin, müəllimlərin və yerli icmaların iştirakı ilə Quba rayonunda maarifləndirmə tədbiri keçirmişdir.

Birliyin sədri və layihə rəhbəri Aytən Səfixanlı tədbiri giriş sözü ilə açaraq belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Quba Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmişdir.

A.Səfixanlı qeyd etmişdir ki, layihənin məqsədi paytaxtda və regionlarda məktəblilər, valideynlər və uşaqlarla işləyən şəxslər arasında zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir.

Tədbirdə ekspert qismində çıxış edən pxixoloq Asəf Kərimov bütün dünyada olduğu kimi, ölkəmizdə də uşaqların müəyyən səbəblərdən müxtəlif növ zorakılıqlara məruz qaldığını, bir çox hallarda, valideynlər, müəllimlər və hətta həmyaşıdları tərəfindən uşaqlara qarşı zorakılığın edildiyini bildirmişdir.

A.Kərimov uşaqlara qarşı zorakılığın psixoloji aspektləri, zorakılığın uşaqda yaratdığı mənəvi-psixoloji sarsıntılar, zorakılığa məruz qalan uşaqlara psixoloji xidmətin xüsusiyyətləri, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar, habelə  “Qaynar xəttlər” barədə iştirakçılara ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, uşaqlara qarşı zorakılıq halları bir çox hallarda gizli qalır. Eyni zamanda, valideynlər və müəllimlər zorakılığı (döymə) tərbiyənin ən düzgün üsulu kimi çox tətbiq edirlər. Bu isə uşaqların özlərinə qapanmalarına, sarsıntı keçirmələrinə, intihar etmələrinə, əlilliyə düçar olmalarına gətirib çıxarır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində uşaqların tərbiyəsinə valideynlərin məsuliyyət daşıdığı və dövlətin isə nəzarət etdiyi qeyd edilmişdir. Bu ali qanunvericilik norması bir daha göstərir ki, valideynlər uşaqları ilə istədiyi kimi davrana bilməz, çünki dövlət bu məsələlər nəzarət edir.

Tədbirdə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə verdiyi son tövsiyəsində də uşaqlar və uşaqlarla işləyən şəxslər üçün silsislə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyinin qeyd olunduğu vurğulanmışdır.

Uşaqlar və gənclər arasında zorakılığa qarşı mübarizənin daha da gücləndirilməsi məsələləri ilə bağlı geniş müzakirələr aparılmış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülmüşdür.

Tədbirdə əyani vəsait kimi müvafiq dövlət qurumları və QHT-lər tərəfindən uşaqlara qarşı zorakılıq mövzusunda hazırlanmış filmlər nümayiş etdirilmişdir.

Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2057 dəfə oxunub




Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib