16 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
08/8/2017 QHT layihəyə yekun vurdu


“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsinin yekun hesabatı haqqında Milli QHT Forumunun Bakı QHT Resurs və Təlim Mərkəzində mətbuat konfransı təşkil olundu. Konfransda layihənin işci heyyəti, iştrakçılar, Dövlət və hökumət nümayəndələri , QHT və KİV nümayəndələri iştrak edirdilər.

Layihə haqqında Birliyin sədri Cavad Qasımov geniş məlumat verərək qeyd etdi ki, “Layihə çərçivəsində üç ay müddətində 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təşkil olunan “Layihə Universiteti” və “İngilis dili” kursları, eyni zamanda Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzdə təşkil olunan komputer kursları təlim edildi. Təşkil olunan kurslarda ümumilikdə 87 nəfər şəxs iştrak etmişdir. Kursları müvəffəqiyyətlə bitirən iştrakçılar uyğun sertifkatlarla təltif edilmişdir. 
“Layihə Universitetinin” təlimlərində iştrakçılara layihənin tərtib etməsi, həyata keçrilməsi və layihənin hesabatının hazırlanması qaydaları təlim edildi. Bu təlimin keçirilməsində məqsəd iştrakçılarin öz ideyalarını fərdi qaydada olaraq layihələr şəkilində həyata keçirilməsinin qaydaların öyrətmək, cəmiyyətimizin inkişafinda aktiv fəaliyyət göstərmələrinə stimul vermək, və özünə məşğulluğun inkişaf etdirilməsinə dəstək olmaqdan ibarət idi. 
“İngilis dili”nin təlimlərində Paralimpiya idman növü olan BOCCİA idmançılarına və yarışlar zamanı idmançılara dəstək olan könüllülərə ingilis dilinin danışıq lüğəti təlim edildi. Bu təlimlərin təşkil edilməsində məqsəd, Ölkəmizi xaricdə təmsil edən Paralimpiyaçı idmançılara getdikləri ölkələrdə fikirlərini düzgün ifadə etmək, özləri barədə, Ölkəmiz haqqında danışarkən həmsöbətləri ilə ingilis dilində ünsüyyət qurmalarının asanlaşdırılmasıdır. Eyni zamanda gələcəkdə iş fəaliyyəti ilə məşğul olduqları zaman zərurət yarandığı halda xarici dil bilmək inamının olmasıdır.
Komputer kurslarının təlimlərində iştrakçılara bir çox komputer proqramları, komputerdən düzgün istifadə edilməsi, komputerlərin farmat edilməsi, komputerə proqramların düzgün yüklənməsi və digər komputer xidmətlərinin göstərilməsi öyrədildi. Bu təlimlərin təşkil edilməsində məqsəd iştrakçıların müasir texnologiyalar vasitələrindən dünzgün və səmərəli istifsdə etmələrinə dəstək olmaqdır. 
Bu təlimlərin gerçəkləşməsində İstedadlı Əlillər İctimai Birliyinə 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Şəms Tərcümə Mərkəzi, Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzi təşkilatı dəstəy olmuşdur . Layihənin gerçəkləşməsində Birliyimizə dəstəy olan hər kəsə təşəkürümüzü bildiririk.


İstedadlı Əlillər İctimai Birliyinin Mətbuat Xidməti

 

Davud Rəhimli

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2034 dəfə oxunub




Flag Counter






» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib

» 7/6/2021- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatı Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib – VİDEO, FOTO

» 4/6/2021- Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı Bəyanat

» 4/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/6/2021- Əlilliyin qiymətləndirilməsində yeni meyarlar

» 3/6/2021- Əyani müayinə zamanı daha 21 şəxsdən 9-nun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı aşkar edildi

» 1/6/2021- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tədbirlər keçirilib.

» 1/6/2021- Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı

» 1/6/2021- Uşaqların müdafiəsi ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir